Icma.az
close
up
RU
Mehriban Xanlarova onları tənqid etdi

Mehriban Xanlarova onları tənqid etdi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"İstedadlı gənclərimiz var. Amma istedadsızlar gələn kimi deyirlər ki, artıq mən məşhuram. Evində tərbiyə görmüş gənc aktyor və aktrisa mən və ya mənim yaşda biri gələndə yerini bilir, ayağa durur. Ən azı yarıya qədər də olsa, ayağa qalxır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Künc-bucaq" layihəsində deyib. Sənətçi bəzi gənc aktyor və aktrisaların kaprizləri olduğunu söyləyib:

"Bu gün niyə tez parlayanlar tez də sönürlər? Sonra niyə rejissorlar onları axtarmır? Kaprizdən. Məni buradan çəkmə, bu tərəfən çək. Məndən bunu eşitməyiblər. Mən buyam, özüməm. Onlar tez də sönürlər. Bəzi dırnaq arası rejissorlar oradan-buradan kimisə tapıb çəkirlər. Onlara təkan verirlər ki, "Sən müsibət oynadın. Sənin yanında bərk gedən aktrisa heç nədir". Onlar da sonra bizə deyirlər ki, sən kimsən? Bu qədər səntkarımız var, hələ görməmişəm ki, gənclərdən kimsə gəlib qabağını kəssin ki, mən sizdən nəsə öyrənim. Öyrənin, gorumuza saxlamırıq ki? Sabah sən ol Mehriban Xanlarova. Onda səni özləri axtaracaqlar".  

M.Xanlarova bəzi rejissorları da tənqid edib. O, illərin sənətçilərinə az qonorar verərək film və ya serial çəkmək istəyənləri qınayıb:

"Bəzi dırnaq arası aktyor və aktrisalar var, gəlirlər ki, bu gün 50 və ya 100 manat müqabilində filmə çəkilim. Deyirlər nə olacaq ki? Onlar buna razılaşırlar, sabah sıra bizə gələndə rejissor deyirlər ki, filankəs gəlib o qiymətə çəkildi, sən niyə belə deyirsən? Filankəsi çəkirsən onda get, çək. Ona görə sənin çəkdiyin film də, obraz da süni, saxta çıxır. Səbəbi də puldur. Bəs niyə mən sənin filmində, serialında canımı qoyuram? Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir, ağlayanda içdən ağlayıram, canım gedir. Hətta dodağım partlayıb çəkilişdə. Həqiqətən də sənət qurban tələb edir. Amma mənim vecimə belə deyildi, çünki bu sənətimdir. O ağrını yaşamadan bunu hiss etdirə bilmərəm". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri