Icma.az
close
up
RU
“Məhsəti dövlət strukturlarında əxlaqi dəyərlərə xidmət edən şuranın rəhbəri olub”

“Məhsəti dövlət strukturlarında əxlaqi dəyərlərə xidmət edən şuranın rəhbəri olub”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Bu cür dəyər məsələləri kökündən həll olunmalıdır. Fərdi şəkildə heç nəyə nail ola bilmərik. Əxlaqi dəyərləri qorumaq üçün müəyyən addımlar atmağı bacarmalıyıq. Neçə illərdir ki, içimizdə təxribatlar törədilirlir”.

Bu sözləri “Yeni Sabah”a Xalq artisti Əbdül Mahmudbəyov (Şeyx Əbdül) deyib.

O, geniş müzakirə doğurmuş "Məhsəti" filminə bir qrup ziyalının etirazından danışıb. 

İddialara görə, həmin ziyalılar filmlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

Ə. Mahmudbəyov həmin qrupda olmadığını diqqətə çatdırıb: 

“Fərdi şəkildə kimisə məhkəməyə vermək şapalaqla üz qızartmaq kimi bir şeydir. Əslində, bu cür məsələlərlə bağlı qanun qəbul olunmalıdır. Ölkədə əxlaq polisi yaradılmalıdır. Bu qızları (rejissor Suad Qara və aktrisa Fərqanə Abdulla - red.) tutsaq nə olacaq ki? Onların düşüncəsi və əxlaqı belədir. Uzaq başı gedəcək Avropaya, orada başqa oyunlardan çıxacaq. Bunu yaradan səbəbi və bu həddə çatdıran problemi tapmaq lazımdır".

Xalq artisti filmə baxmadığını diqqətə çatdırıb:

“Xəstə olduğum üçün ARKA-ya (Azərbaycan Respublikası Kino Agentliyi - red.) gedə bilməmişəm. Bütün dostarımla zəngləşmişəm, heç biri həmin filmə sona qədər baxa bilməyib.

Suad Qara filmi öz pulu ilə çəkib. "Məhsəti"yə dövlət vəsait ayırmayıb. Filmdə Suad xanım öz əxlaqını qoyub ortalığa. Onu da məhkəməyə verməklə heç nə dəyişən deyil. Qanun və cəza sistemi olmalıdır. Əks halda fərdi şəkildə heç nə etmək mümkün deyil”.

Şeyx Əbdül Məhsəti Gəncəvinin əxlaq və mənəviyyatı təbliğ edən bir qadın olduğunu deyib:

“Uzun illər orta əsrlərin tədqiqatı ilə məşğul olmuşam. Bildirim ki, Məhsəti Gəncəvi həmin dövrdə dövlət strukturlarında əxlaqi dəyərlərə xidmət edən şuranın rəhbəri olub. O, Azərbaycan poeziyasında rübai janırını yaradanlardan biridir. Şərq qadınları arasında şahmat çempionu seçilib. Hətta o, məclislərə gecikəndə hər kəs sakitcə oturub onun gəlişini gözləyirmiş, onun gəlişindən sonra məclisə başlayırmışlar. 

Nizami Gəncəvi “Sirlər Xəzinəsi”ndə də onun haqqında yazıb. Əsərdə Sultan Səncərin bir qarı ilə söhbəti var. Həmin epizod Məshəti Gəncəviyə ithaf olunub. Şah saraylarında əxlaq və mənəviyyatı təbliğ edən bir qadın haqqında bu cür təbliğat aparmaq mədəniyyətsizlikdir. Bunların hər biri savadsızlıqdan irəli gəlir. 

Rübaidə də eşqdən, məhəbbətdən, sevgidən bəhs olunur. Janrın üslubu bu cürdür. Rübai janrını da Qətran Təbrizi yaradıb. 

Bu xanımın (Suad Qara - red.) etdikləri də mənəvi xəyanətdir!”. 

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri