Icma.az
close
up
RU
“Məhsətiyə “əxlasız” deyiriksə, Ömər Xəyyama da “əyyaş” deməliyik”

“Məhsətiyə “əxlasız” deyiriksə, Ömər Xəyyama da “əyyaş” deməliyik”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Nizami Gəncəvinin məzarı yanında başqa bir məzarın tapılması faktı mənbələrdə var. Lakin bu məzarın Məhsəti Gəncəviyə aid olması faktı sübuta yetirilməyib. Əksinə elə hesab edilir ki, həmin məzar şairin arvadınındır”.

Bu sözləri “Yeni Sabah”a gəncəli tarixçi Bəxtiyar Çələbi deyib.

O vurğulayıb ki, Nizami Gəncəvi “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarında Məhsətidən söz açıb:

“Ümumən Məhsəti Gəncəvi haqqında geniş yazan Rafael Hüseynovdan başqa Aqafangel Krımskidir. O, Məhsəti haqqında xeyli materiallar toplayıb. Təxminən 5 səhifəlik məqaləsi var. Bunlardan başqa Məhsəti haqqında başqa dərin faktlar yoxdur. 

“Xosrov və Şirin” əsərində Qızıl Arslanın Məhsəti Gəncəviyə çoxlu hədiyyə göndərməsindən bəhs olunur. Bu, yalnız onun yaradıcılığına görə ola bilərdi.

Nizaminin Məhsəti Gəncəvi barədə ikinci qeydi “Yedi Gözəl” poemasındadır. Lakin oradakı ithaf üstüörtülü formadadır. “Sirlər xəzinəsi”ndəki Sultan Səncər və qarı məsələsinin isə Məhsətiyə aiddiyatı yoxdur. Eynilə Nizami Gəncəvinin Məshətini sevməsi iddiasının da heç bir elmi əsası yoxdur. Bu, Ordubadinin “Qılınc və qələm” əsərində qeyd edilib”.

Tarixçi bildirib ki, Məshəti Gəncəviyə yazdığı rübailərə görə əxlaqsız demək doğru deyil:

“Rübai janrnda yazan Məhsəti Gəncəvi sevgisini bir az erotik formada təsvir edirdi. Bu da onun əxlaqlı və ya əxlaqsız olması mənasına gəlmir. Buna istinad etsək, onda Ömər Xəyyama da "əyyaş" deməliyik. Şərq ədəbiyyatında bu cür fikrlər başqa məna da ifadə edə bilərdi.

Bəzi mənbələrdə qeyd olunub ki, Məhsəti Gəncəvi Xorasana sürgün edilib. Sürgünün də səbəbi güman ki, rübailəri olub. Onu isə Xorasana yola salanların əksəriyyəti gənc sufilər idi. Sual olunur ki, əxlaqı düz olmayan adamı nəyə görə sufilər yola salsın?

Bir sufinin bir xanımı müşayət etməsi görülməyən bir şeydir. İlk sufi qadın da Rəbiyyətül Ələviyyə olub. Ondan başqa nə sufi qadın, nə də qadınları müşayət edən sufilər haqqında heç nə eşitməmişəm. Bunun özü də diqqətyetiriləsi məqamdır.

Doğrudur, bu iddianın da mənbələrdə təsdiqi yoxdur. Bunun əfsanə olması ehtimalı var”. 

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri