Icma.az
close
up
RU
“Dünən “yumurtadan” çıxıb, Məhsətiyə “erotik” ləkə yaxanlar...”

“Dünən “yumurtadan” çıxıb, Məhsətiyə “erotik” ləkə yaxanlar...”

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Dünən “yumurtadan” çıxıb özünü “rejissor” adlandıran birinin Azərbaycanın nəhəng tarixi şəxsiyyətinə, dünyaya meydan oxumuş, zəka və hünəri ilə Şərqin simasını dəyişmiş bir qadına erotik təsvirlər çəkməsi təkcə peşəkarlıq yoxluğu deyil. Bu, həmin şəxsin içindəki səviyyəsinin göstəricisidir. Demək ki, özü bu yolun yolçusudur, qulluqçusudur”.

Bakupost.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış kinorejissor-aktyor, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurasının üzvü Şeyx Əbdül Mahmudov deyib.

O, adı çəkilən filmlə tanış olmadığını deyib:

“Sözün düzü, mən sağlamlığımla bağlı məhdudiyyətlər səbəbilə ARKA-ya təqdim olunan filmlərə baxa bilmirəm, sadəcə ssenarilərlə tanış oluram. Yəni sözügedən filmə də baxmamışam. Amma bir həqiqət var ki, bunu tək mən yox, hamı bilir, Məhsəti Gəncəvi təkcə rübai ustası deyil, həm də Şərqin ilk qadın şahmat ustalarından biri, Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən, dövlət məsləhət şuralarında söz sahibi olan böyük zəkadır.

Bu gün bir çoxlarının adını belə çəkmədiyi, haqqında kifayət qədər araşdırma aparmadığı Məhsəti Gəncəvi, əslində, dünyada analoqu olmayan bir şəxsiyyətdir. O, yalnız poeziyamızın parlaq siması deyil, həm də böyük intellekt sahibi, yüksək mədəniyyət daşıyıcısı, nüfuzlu dövlət qadını, ailəsinə sədaqətli, mənəviyyatı uca bir şəxsiyyət kimi tariximizdə özünəməxsus yer tutur.

Məhsəti Gəncəvi nəhəngdir, həm düşüncəsi ilə, həm yaradıcılığı ilə, həm də qadın olaraq göstərdiyi cəsarəti və iradəsi ilə. Başqa ölkələr tarixlərini uydurma qəhrəmanlarla, saxtalaşdırılmış obrazlarla doldurur, çatlarını palçıqla örtüb özlərinə “şanlı tarix” yaradırlar. Biz isə əksinə, öz tarixi şəxsiyyətlərimizi qorumaq əvəzinə, onlara yaraşmayan münasibətlə, ucuz interpretasiyalarla, səviyyəsiz yanaşmalarla yaddaşımıza zərbə vururuq.

Mən o rejissorun adını ilk dəfə eşidirəm. Əbülfəz Qarayevin qızı olmur, rəhmətlik Qara Qarayevin özü belə bu cür filmlə gəlsəydi, ARKA o filmi heç vaxt qəbul etməzdi.

Məhsəti Gəncəviyə, Saray Xatuna, Mömünə Xatuna, Tomrisə, Aləmşahbəyimə, yəni tariximizin sütunlarına aşağılayıcı, çirkli, qeyri-etik, uydurma gözlə baxanlar sadəcə sifariş icra edənlərdir. Belələri nə sənətkardır, nə araşdırmaçı, nə də yaradıcı insan. Bu, əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, başqa adı yoxdur”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura tərəfindən “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyulub. Qafqazinfo-nun məlumatına görə səbəb filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilməsi olub.

Filmin rejissoru Suad Qaradır. O, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Onu da xatırladaq ki, bu ilin may ayında adı çəkilən filmin XI Mammoth Lakes Film Festivalında (Kaliforniya) təqdim olunacağı haqda məlumat yayılmışdı. Qeyd olunurdu ki, filmdə baş rolları Fərqanə Abdulla, Cavanşir Sərdarlı, Elnur Musayev, Mələksima Məmmədova və İlqar Aydın ifa edirlər. Filmin operatoru Barbu Balasu, bəstəkarı Katya Yonderdir. Azərbaycan (“CİNEX prodakşn”) və Rumıniyanın (“MicroFilm” şirkəti) birgə istehsalı olan filmin prodüserləri Mariya İbrahimova və Ada Solomondur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri