Icma.az
close
up
RU
“Məhsuldarlıq heç də bizim kəndliləri qane etmir” VAHİD MƏHƏRRƏMOV

“Məhsuldarlıq heç də bizim kəndliləri qane etmir” VAHİD MƏHƏRRƏMOV

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumata görə, dekabrın 1-nə olan operativ məlumata əsasən, pambıq üzrə bir hektar sahə üçün orta məhsuldarlıq 34,35 sentner təşkil edir. Bu günədək Azərbaycanda əkin aparılmış 100 468,1 hektar sahədən 345 101 ton xam pambıq tədarük olunub. Bildirilir ki, hələ pambıq yığımı davam edir.

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov Hurriyyet.az-a deyib ki, bu rəqəm elə də böyük göstərici deyil ki, bizi təəccübləndirsin: “Bu, əslində, Azərbaycan üçün aşağı göstəricidir. Birincisi, Azərbaycan pambıqçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edəndə, hətta qəbul etməzdən əvvəl də ölkə başçısı bir neçə rayonda müşavirələr keçirəndə demişdi ki, biz hər hektardan 40-45 sentner məhsul əldə etməyi hədəfləyirik. Əslində, Azərbaycanın torpaq, iqlim şəraiti elədir ki, məhsuldarlığı artıra, bundan çox edə bilərik. Digər tərəfdən, mənə gələn məlumatlara əsasən, deyə bilərəm ki, bu əkin sahələrinin bir hissəsi nəzərə alınmayıb, yəni adamlar var ki, onlar torpaqla məşğul olmurlar, ölkədən köçüb, digər ölkələrə gediblər, onların torpaqlarından istifadə olunur, lakin istifadə edənlər arayış təqdim etmədikləri üçün onlar qeydiyyata alınmır. Yəni o sahibkarlardan razılıq almalıdırlar, etibarnamə verməlidir, müqavilə bağlamalıdır. Bu da bir mürəkkəb proses olduğu üçün o torpaqdan istifadə olunur, amma torpaq qeydə alınmır. Belə halları biz təəssüflər olsun ki, taxılçılıqda da görürük. Birincisi, bu, real deyil. Necə real deyil?! Real olaraq nə qədər ərazidə pambıq əkilib, o göstərilən rəqəm reallığı özündə əks etdirmir. Daha çox ərazidə pambıq əkilir. Əlbəttə, məhsuldarlıq heç də bizim kəndliləri qane etmir. Mən mütamadi onlarla əlaqə saxlayıram. Əgər siz onlarla əlaqə saxlasanız, eşidəcəksiniz ki, onlar nəzərdə tutduqları qədər qazanc əldə edə bilmirlər. Baxmayaraq ki, indi daha geniş imkanlar var”. 

V.Məhərrəmov qeyd edib ki, Azərbaycan pambığı əsasən, xammal kimi satır: “92-93 faiz xammal kimi, ucuz qiymətə satır, amma o pambıqdan son məhsul paltar, parça istehsal etmək və daha yüksək qiymətə satmaq olar. Belə olan halda, əlbəttə, bizim kəndlilərə də oradan pay düşər. Amma bu, baş vermir. Kəndlilərimizin əksəriyyəti demək olar ki, yekunda ya borclu qalırlar, ya da yalnız xərclərini ödəyəcək qədər gəlir əldə edirlər. Çox təəssüflər olsun ki, belədir”.

CAVİD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri