Icma.az
close
up
RU
Vahid Məhərrəmov: “Azərbaycanda toxumçuluğun vəziyyəti çox bərbaddır”

Vahid Məhərrəmov: “Azərbaycanda toxumçuluğun vəziyyəti çox bərbaddır”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla qanunun icrası çərçivəsində toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, toxum əməliyyatçılarının qeydiyyatı, toxumların istehsalı, emalı, qablaşdırılması, saxlanması, idxalı və ixracı, sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması ilə bağlı qaydaların hazırlanması nəzərdə tutulur.

Sənəddə həmçinin “Elektron kənd təsərrüfatı” informasiya sistemində “toxum” altsisteminin yaradılması, toxumçuluq sahəsində məlumatların elektron qaydada toplanması və idarə olunması, toxum müfəttişləri və tarla müfəttişlərinin fəaliyyətinin elektron sistemə inteqrasiyası, eləcə də toxum subsidiyalarının verilməsi qaydalarının yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər öz əksini tapıb. Fərmanla eyni zamanda toxumçuluq sahəsində yeni qanundan irəli gələn digər normativ məsələlərin həlli üçün Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə konkret müddətlər müəyyənləşdirilib və əvvəlki, 1997-ci il tarixli “Toxumçuluq haqqında” qanunun tətbiqi ilə bağlı Prezident fərmanı ləğv edilib.

Azərbaycanda toxumçuluğun vəziyyəti nədir?Fermerlər, sahibkarlar toxumu necə və hardan əldə edir? Qiymətlər necədir?Geni dəyişdirilmiş məhsullar hansı risklər yarada bilər?

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda məhsuldarlıq aşağıdır: “Azərbaycanda təəssüflər olsun ki, toxumçuluğun vəziyyəti çox bərbaddır, keyfiyyətli toxum istehsal edə bilmir. Bu qlobal istiləşmə artıq demək olar ki, vəziyyəti dəyişib. Azərbaycanda qlobal istiləşmənin yaratdığı fəsadlara dözümlü olan sortlar yetişdirilməlidir. Bu işlə ciddi məşğul olan bir elmi mərkəz yoxdur. Məsələn, taxılçılıqla bağlı bəzi institutlar var. Onlar məşğul olur, amma çox az həcmdə məhsul istehsal edirlər. Ümumilikdə isə bizim kəndlilər ərzaq üçün istehsal etdikləri və yaxud adi dəndən toxum materialı kimi istifadə edirlər. Kartofçuluqda isə adi kartof yumrularından toxum materialı kimi istifadə edirlər. Ona görə də, Azərbaycanda məhsuldarlıq aşağıdır. Məhsulun keyfiyyəti demək olar ki, standartlara cavab vermir. Azərbaycan 1 milyon 500 mindən çox buğda istehsal edir. Bunun 120 min tonu ərzaqlıq buğda kimi istifadə edilir. Qalan hissəsi mal-qara yemi kimi istifadə olunur”.

Ekspert deyib: “Kartofçuluqda da bizdə məhsuldarlıq aşağıdır. Məhsulun maya dəyəri yüksəkdir. Bu da onunla bağlıdır ki, toxum materialından istifadə olunmur. Ümumiyyətlə, toxum baha başa gəlir və bizim kəndlilər də gedib xaricdən daha keyfiyyətli toxum gətirmək istəmirlər. Daxildə də bu istehsal olunmur və çox az həcmdədir. O da dediyim kimi müəyyən institutlar var, onlar məşğul olurlar”.

Vahid Məhərrəmovun sözlərinə görə, istehsalı təşkil etmək yüksək səviyyədə olmalıdır: “Əsasən toxum kimi istifadə olunan materiallar adi məsələn, buğda, arpa, yaxud qarğıdalı dənidir. Bundan demək olar ki, toxum materialı kimi daha çox istifadə olunub. Amma son vaxtlar keyfiyyətli qarğıdalı toxumu da xaricdən gətirirlər. Ölkəmizdə istehsal edə bilmirlər. Dediyim kimi ciddi elmi mərkəzlər olmalıdır və bu elmi əsaslarla seleksiya işləri aparılmalıdır. Bununla peşəkarlar məşğul olmalıdır. Davamlı olaraq həmin institutlar öz üzərlərində işləməlidir. İnstitutlar fermerlərlə birlikdə işləməldir. Məsələn, bizdə neçə aqropark var, artıq rekord saydadır. Amma Hollandiyada 1 aqrar var. Həmin aqroparkda həm də toxumçuluqla məşğul olurlar. Yüksək keyfiyyətli toxum materialı hazırlayırlar. Həm kartof toxumu, tərəvəz toxumu digər tərəfdən həm də taxıl toxumu hazırlayırar. Azərbaycanda bu iş təşkil olunmur. Prezidentin sərəncamındakı bu işlər sonrakı etapın görüləcək işləridir. Əsas istehsalı təşkil etmək lazımdır. İstehsalı təşkil etmək yüksək səviyyədə olmalıdır- rayonların seçilməsi, torpaq ərazilərin böyük fermer təsərrüfatı olmalıdır ki, onlar böyük həcmdə də toxum materialı istehsal edə bilsinlər. Burda xüsusi yanaşma olmalıdır, fermer peşəkar olmalıdır, peşəkar aqronom olmalıdır. Seleksiyaner olmalıdır. Yəni bu iş təşkil edilməlidir. Təəssüflər olsun ki, bu işlər qaydasına deyil. Çox az olsa da hardasa yüksək keyfiyyətli kartof istehsalı ilə məşğul olan fermerlər var. O fermer təsərrüfatlarında yüksək keyfiyyətdə toxum materialı istehsal olunmasına çalışılmalıdır”.

Vahid Məhərrəmovun vurğulayıb ki, Azərbaycanda hibrid toxumların yetişdirilməsinə ciddi ehtiyac var: “Ümumiyyətlə, bütün sahələr üzrə peşəkar mütəxəssislər hazırlanmalıdır. Məsələn, taxılçılıqda toxumçuluqla məşğul olan xüsusi hazırlıq keçmiş mütəxəssislər olmalıdır. Bu şəxslər xaricdə təhsil almış və ya xüsusi proqramlar çərçivəsində hazırlanmış kadrlar ola bilər. Kartofçuluq, tərəvəzçilik və digər sahələrdə də peşəkar toxumçuların hazırlanmasına ehtiyac var.

Azərbaycanda hibrid toxumların yetişdirilməsinə ciddi ehtiyac var. Təəssüf ki, bu məsələyə ciddi önəm verilmir. Hibrid toxumlar yüksək məhsuldarlıq və digər üstün xüsusiyyətlərə malik sortlardan əldə olunan toxum materialıdır. Dünya artıq geniş şəkildə hibrid toxumlardan istifadəyə keçib. Buna görə də bir çox ölkələrdə, xüsusilə taxılçılıqda məhsuldarlıq göstəriciləri kifayət qədər yüksəkdir.

Almaniyada ölkə üzrə orta hesabla hektardan 75 sentner buğda əldə edilir. Elə ölkələr var ki, orada 100, hətta 120-130 sentner məhsul götürülür. Bizdə isə bu göstərici 30 sentner civarındadır. Görün, nə qədər azdır. Eləcə də bəzi ölkələrdə hektardan 100 ton kartof əldə edilir, bizdə isə bu göstərici 30-35 tondur”.

Vahid Məhərrəmov bildirib ki, əksər inkişaf etmiş ölkələrdə modifikasiya yolu ilə kənd təsərrüfatı məhsulları əldə edirlər: “Azərbaycanda uzun müddətdir gen modifikasiyası ilə bağlı yanlış informasiya dövriyyəyə buraxılıb. Hətta bu sahə ilə bağlı qanun da qəbul edilib. Paradoksdur. Bu sahədən anlayışı olmayan şəxslər təşəbbüs göstərərək qanun qəbul etdilər. Guya gen modifikasiyası yolu ilə əldə edilən məhsullar insan orqanizmi üçün zərərlidir. Bu, boş şeydir.

İndi əksər inkişaf etmiş ölkələrdə modifikasiya yolu ilə həm heyvandarlıqda, həm də bitkiçilikdə çox yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edirlər. Həmin məhsulların dəyəri və qiyməti adi məhsullarla müqayisədə daha yüksəkdir. Alıcıları da olduğu üçün qiyməti yüksəkdir. Ona görə ki, həmin proses özü bahalı prosesdir. Azərbaycan buna önəm vermədi. Bir vaxt Rusiyada da bununla ciddi məşğul oldular. Baxmayaraq ki, orada da əleyhdarları var idi. Belarusda da bu sahə ilə ciddi məşğul olurdular. İndi artıq bu ölkələrdə fərq qoymurlar. Fərq yalnız ondadır ki, gen modifikasiyası yolu ilə əldə olunan məhsullar daha məhsuldar olduğu üçün daha yüksək qiymətə təklif olunur.

Azərbaycanda, məsələn, İrandan forel balığını gətirirlər. Bu, modifikasiya yolu ilə əldə olunmuş balıqdır və hamımız bəh-bəhlə yeyirik. Ucuz olduğuna görə də bizi qane edir. İran ona görə ucuzdur ki, İranda ümumiyyətlə istehsal etdikləri məhsulların maya dəyəri aşağıdır. Müəyyən dövlətin hesabına istehlakçıya güzəştə gedirlər.

Amerikada qızılbalıq istehsalı ilə məşğul olurlar və istehlakçılara yüksək qiymətə təklif edirlər. İstehlakçılar da gen modifikasiyası yolu ilə əldə olunan bu məhsulları böyük məmnuniyyətlə alırlar”.

Vahid Məhərrəmov əlavə edib: “Ümumiyyətlə, dünyada geniş yayılıb. Bu məhsulları istehlak edən ölkələr hansılardır? İsrail, Amerika, Almaniya, Kanada, Yaponiya. Biri var mənimlə mübarizə aparır. Tədqiqatçı kimi mən deyirəm ki, bu sahəyə önəm verilməlidir, mütəxəssislər yetişdirmək lazımdır. Mən demirəm insanlara yedirdək, o, insanların zövqündən asılıdır. Amma elmə ciddi fikir vermək lazımdır ki, biz o sahədə geridə qalmayaq.

Gen modifikasiyası yolu ilə həm də insan orqanizmi üçün zərərli olan məhsul istehsal etmək olar. Yəni bizə dost olmayan ölkələr bunu edib bizə göndərə bilər. Bunu heç kim müəyyən edə bilməz. Ona görə ki, bizdə özümüzün laboratoriyamız, mütəxəssislərimiz yoxdur. Gətirilən laboratoriya da bunu müəyyən edə bilmir, orada müxtəlif xətlər var. Ona görə o sahədə peşəkarlar hazırlamaq lazımdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri