Məhsulun istifadə müddəti belə DƏYİŞDİRİLİRMİŞ... VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan görüntü geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, paylaşılan videoda içki məhsulunun üzərindəki istifadə müddətinin dəyişdirildiyi görünür. Görüntülərdə məhsulun əvvəlki tarixinin silinərək yerinə yeni tarix yazıldığı əks olunub ki, bu da izləyicilərin diqqətini cəlb edib.
Video qısa müddətdə yayılaraq çoxsaylı şərhlərlə qarşılanıb. İstifadəçilər bunu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək narazılıqlarını bildiriblər. Digərləri isə görüntülərin harada və hansı şəraitdə çəkildiyinin dəqiqləşdirilməsinin vacib olduğunu vurğulayıblar.
Mütəxəssislər qeyd edirlər ki, məhsulların istifadə müddətinin bilərəkdən dəyişdirilməsi qanunvericiliyə ziddir və insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu kimi hallarla qarşılaşan vətəndaşlara aidiyyəti qurumlara müraciət etmək tövsiyə olunur.
Həmin videonu təqdim edirik:
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















