Icma.az
close
up
RU
“Məhz indi 907 ci düzəliş tamamilə ləğv edilməlidir”

“Məhz indi 907 ci düzəliş tamamilə ləğv edilməlidir”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə yeni bildiriş göndərib. Sənəddə Azərbaycan üçün “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması nəzərdə tutulur. Məlumata görə, bildiriş iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.

ABŞ Dövlət Departamentinin 907-ci düzəlişlə bağlı məhdudiyyətlərdən azad etmə müddətini uzatması Vaşinqtonun Azərbaycanla münasibətlərdə bu mexanizmi qorumaqda maraqlı olduğunu göstərir. Bu qərar xüsusilə Azərbaycan-ABŞ münasibətlərinin yeni regional reallıqlar fonunda yenidən formalaşdığı bir vaxtda Vaşinqtonun Bakıya münasibətində müəyyən strateji yanaşmanın davam etdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilə bilər.

ABŞ 907-ci düzəlişi faktiki olaraq hər il dayandırmaqla kifayətlənəcək, yoxsa Azərbaycanla münasibətlərin yeni mərhələsinə uyğun olaraq bu məhdudiyyətin birdəfəlik ləğvi məsələsi nəhayət Vaşinqtonun gündəminə gətiriləcək?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyədə olduğu bir vaxtda Azadlığın Müdafiəsi Aktının 907 saylı düzəlişinin dayandırılması yox, ümumiyyətlə ləğv olunması aktuallaşdırılmalıdır.

Deputatın fikrincə, bu məhdudiyyət bundan sonrakı mərhələdə Amerika-Azərbaycan münasibətlərinin inkişafına mənfi təsir göstərə bilər.

“İkincisi, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasının tam məzmunlu həyata keçirilməsinə mane ola bilər. Bu məsələnin bir tərəfidir. Ona görə də yaxşı olar ki, Amerika konqresmenləri bu barədə düşünsünlər.

Başqa məsələ isə ondan ibarətdir ki, tarixi şərait dəyişib. 907-ci düzəliş artıq tarixdə qalmış Qarabağ problemi və onun ətrafında yaradılan şounun nəticəsi idi. Ermənistan və Azərbaycan arasında məhz Amerika Birləşmiş Ştatlarında sülh sənədi, sazişin mətni paraflandıqdan sonra hər iki tərəfin birgə müraciəti ilə yenə o, dırnaqarası, Qarabağ probleminin həllinə bağlı yaradılmış bütün qurumlar ləğv edildi. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədrliyi işini dayandırdı”-deyə o bildirib.

Deputatın fikrincə, belə olan halda, əgər 907-ci düzəliş guya Azərbaycana Qarabağda yaşayan ermənilərin hüquqlarını tapdaladığına görə, Azərbaycana cəza kimi qəbul edilmişdisə, artıq belə bir problem yoxdur. Yəni faktiki olaraq, 907-ci düzəlişin Azadlığın Müdafiəsi Aktına qəbul edilməsinin səbəbi aradan qalxıb.

Bu səbəbdən də, belə bir halda qərarın predmeti də yoxdursa, mən düşünürəm ki, məhz indiki vaxtda, Donald Trampın prezidentliyi dövründə bu düzəliş ümumiyyətlə ləğv edilməlidir. Çünki ABŞ-Azərbaycan arasında imzalanmış xartiya, strateji tərəfdaşlıq xartiyası da bunu tələb edir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri