Icma.az
close
up
RU
“907 ci düzəliş birdəfəlik ləğv edilməlidir” Tural Gəncəliyev

“907 ci düzəliş birdəfəlik ləğv edilməlidir” Tural Gəncəliyev

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanla ABŞ arasında münasibətlərin tam resursları və potensialı ilə inkişaf etməsinə, genişlənməsinə mane olan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişdir. Bu düzəliş vaxtilə 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı ədalətsiz şəkildə qəbul edilib və Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran, qadağan edən bir düzəliş olub. O vaxt ABŞ-dəki güclü erməni lobbisinin və onların havadarlarının dəstəyi ilə qəbul edilən bu düzəliş o vaxtdan qüvvədə qalır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.

Siyasətçi qeyd etdi ki, zaman-zaman bu düzəlişin tətbiqinə məhdudiyyətlər qoyulub:

"Sonuncu belə məhdudiyyət də ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilib və düzəlişin qüvvəsinin müvəqqəti olaraq dayandırılmasından ibarət olub. Lakin hazırda yenə də Dövlət Departamenti bu düzəlişin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib. Bu düzəliş birdəfəlik ləğv edilməlidir ki, Azərbaycan-ABŞ münasibətlərində gələcəkdə hansısa yeni problemlər və məhdudiyyətlər yaranmasın. Çünki məhdudiyyətlərin tətbiqi müvəqqəti olaraq aradan qaldırılırsa, bu, gələcəkdə, tutaq ki, Azərbaycana xoş münasibət göstərməyən ABŞ administrasiyalarının hakimiyyətə gəlməsi ilə yenidən bəhanə kimi istifadə edilərək ölkəmizə qarşı yardımların qadağan edilməsi və yaxud ölkəmizlə münasibətlərin inkişafına mane olunması baxımından tətbiq edilə bilər. Ona görə də biz gözləyirik və çox istəyərdik ki, bu düzəliş birdəfəlik ləğv edilsin. Yəni hər il bu düzəlişin tətbiqi müvəqqəti olaraq dayandırılmasın, birdəfəlik ləğv edilsin".

Müsahibimiz bildirdi ki, indi bu məsələ ilə bağlı Dövlət Departamenti tərəfindən Konqresə yenidən bildiriş göndərilib:

"Aydın məsələdir ki, Konqresdə demokratlar bu məsələyə qarşı çıxış edirlər və gələcəkdə də, tutaq ki, demokratlar hakimiyyətdə olsalar, yenə də bu düzəliş qalarsa, tam ləğv edilməzsə, erməni havadarları və erməni lobbi qrupları ilə bir yerdə bundan sui-istifadə edə bilərlər. Ona görə biz gözləyirik. Çox yaxşı olardı ki, bu düzəliş birdəfəlik ləğv edilsin və ABŞ-Azərbaycan münasibətlərinə gələcəkdə xələl gətirmək istəyən qüvvələrə də tutarlı, əsaslı bir cavab olsun".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Avqust 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri