MEK Belarus Mərkəzi Elmi Kitabxanasına Azərbaycanla bağlı nəşrlər göndərib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Kitabxananın prioritet istiqamətlərindən biri dünya ölkələrinin kitabxanaları və kitabxana işinin inkişafı ilə məşğul olan qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması, beynəlxalq kitab və informasiya resurslarının mübadiləsinin genişləndirilməsidir. Bu istiqamətdə MEK dünyanın bir sıra qabaqcıl ölkələrinin kitabxanaları, təşkilatları ilə davamlı və səmərəli əməkdaşlıq həyata keçirir.
Görülən işlərin davamı olaraq MEK tərəfindən Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanasına Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş nəşrlərdən ibarət kitablar göndərilib.
Qeyd edək ki, iki kitabxana arasında təcrübə mübadiləsi, çap və elektron nəşrlərin qarşılıqlı mübadiləsi, eləcə də informasiya dəstəyi sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə mövcuddur.
Hazırda MEK dünyanın 48 ölkəsini təmsil edən 131 təşkilatla səmərəli əməkdaşlıq həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















