Icma.az
close
up
RU
MEK də istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim olunub

MEK də istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) tələbələrin istehsalat təcrübəsinin başa çatması münasibətilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, təxminən üç ay müddətində Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetinin IV kursunda təhsil alan 51 tələbə MEK-in müxtəlif şöbələrində təcrübə keçərək ixtisaslarına uyğun sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməklə yanaşı, biblioqrafik sorğuların cavablandırılması, elektron kataloqa ədəbiyyat nümunələrinin daxil edilməsi və digər kitabxana işinin incəliklərini öyrənmək imkanı əldə ediblər.

Direktor, həmçinin qeyd edib ki, bu il təcrübə proqramında iştirak edən tələbələr MEK-də ilk dəfə həyata keçirilən “İnklüziv xidmət” layihəsinə qoşularaq fonddakı seçilmiş kitabları səsləndiriblər.

MEK rəhbəri onların bu müddət ərzində keçdikləri istehsalat təcrübələrini təqdirəlayiq hesab edib.

Görüş zamanı tələbələr də kitabxana mühitini olduqca bəyəndiklərini, maraqlı və yaradıcı kollektivdə işləməkdən zövq aldıqlarını vurğulayıblar.

Daha sonra MEK-in rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev təcrübəçilərin qrup rəhbəri olaraq tələbələrdən məmnun qaldığını, onların kitabxana işində aktiv iştirak etdiklərini, elektron kitabxananın yaradılmasında yaxından kömək göstərdiklərini qeyd edib.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri dosent Sevda Xələfova tələbələrin əldə etdikləri təcrübədən gələcəkdə faydalanacaqların bildirib.

Sonda bir qrup fəal tələbəyə MEK tərəfindən sertifikatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri