Mediatorlara sertifikatlar təqdim olunub
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
13 fevral 2026-cı il tarixində Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III Proqramı (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” Layihəsi çərçivəsində mediatorlar üçün “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda keçirilən iki günlük seminar başa çatıb və mediatorlara sertifikatlar təqdim olunub.
Newscenter.az xəbər verir ki, sertifikat təqdimetmədə Avropa Şurasının layihə üzrə məsul şəxsi Vəfa Rövşənova, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və təlimçilər iştirak edib.
Sima Yaqubova çıxış edərək mediatorların peşəkar bacarıqlarının inkişaf etdirilməsində bu cür təlim və seminarların əhəmiyyətli olduğunu deyib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, 35 nəfər mediatorun iştirak etdiyi təlimi milli mediasiya təlimçiləri Bakı 2 saylı mediasiya təşkilatının direktoru İlhamə Həsənova və Bakı 3 saylı mediasiya təşkilatının direktoru Paşa Səfərov aparıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mediatorlara sertifikatlar təqdim olunub
06 May 2026 11:43
Mediatorlara verilən sertifikatın müddəti müəyyən edildi
09 Yanvar 2026 18:14
Bu mediatorlara 3840 manatadək pul veriləcək (SİYAHI)
08 Sentyabr 2025 17:18
İrad tutma mediatorlara intizam tənbehi tədbirləri siyahısına əlavə edilir
03 Mart 2025 11:03
Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar?
25 Noyabr 2024 14:35
Baxış sayı:93
Bu xəbər 13 Fevral 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















