Meksika bibərləri Salmonella epidemiyasına səbəb oldu
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəstəliklə bağlı araşdırma aparan ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Qida və Dərman Administrasiyası (FDA) bildiriblər ki, yoluxanlardan 36 nəfər xəstəxanaya yerləşdirilib, lakin indiyədək ölüm halı qeydə alınmayıb.
Epidemiya ilə əlaqədar jalapeno bibərlərinin tədarükçüsü olan Coast Citrus Distributors şirkəti məhsulların geri çağırılmasına başlayıb. Geri çağırılan bibərlərin ABŞ-da fəaliyyət göstərən Chipotle Mexican Grill və QDOBA də daxil olmaqla bir sıra restoran şəbəkələrinə göndərildiyi bildirilir.
Səhiyyə rəsmiləri araşdırmanın davam etdiyini qeyd edərək, Salmonella infeksiyasının mənbəyini tam müəyyənləşdirmək üçün epidemioloji və laborator tədqiqatların aparıldığını açıqlayıblar.
Mütəxəssislər istehlakçılara geri çağırılan məhsulları istifadə etməməyi, restoran və ərzaq satıcılarına isə qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi tövsiyə edirlər.
Salmonella bakteriyası qida mənşəli infeksiyaların ən geniş yayılmış səbəblərindən biridir. Yoluxma zamanı yüksək hərarət, ishal, qarın ağrısı və qusma kimi əlamətlər müşahidə oluna bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün infeksiya daha ağır fəsadlara səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















