Meksika HDQ nin gəmisi Bruklin körpüsünə çırpılıb: 19 nəfər... YENİLƏNİB
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəminin Nyu-Yorkda Bruklin körpüsü ilə toqquşması nəticəsində 19 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams məlumat verib.
Yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə gəmidə 277 nəfər olub.
Körpünün konstruksiyasına ziyan dəyməyib və nəqliyyatın hərəkəti bərpa edilib.
***07:43
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus, içərisində təxminən 200 nəfərin olduğu yelkənli gəmi Nyu-Yorkda (ABŞ - red.) Bruklin körpüsü ilə toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində zərərçəkənlər var, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Təcili yardım xidmətləri dənizə düşən olub-olmadığını yoxlayır. Hadisə nəticəsində xəsarət alanların sayı barədə hələlik məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















