Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Meksikanın Mexiko ştatında, Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes-cet qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Milenio qəzeti məlumat yayıb.
Məlumata görə, təyyarə hava limanına yaxınlaşan zaman yerə çırpılıb.
Zərbədən sonra təyyarədə yanğın baş verib.
Qəzanın Akapulko şəhərindən Tolukaya uçan "Cessna Citation III" tipli təyyarə ilə baş verdiyi deyilir.
Hazırda göyərtədə olan şəxslərin sayı, eləcə də ölən və yaralananlar barədə rəsmi məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları, Mülki Müdafiə və Mexiko ştatının təhlükəsizlik qüvvələri cəlb olunub.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Kanadada hava limanı yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb
01 Avqust 2025 08:02
ABŞ da təyyarə hava limanı yaxınlığında qəzaya uğrayıb VİDEO
11 Aprel 2025 19:45
Yük təyyarəsi hava limanı yaxınlığında qəzaya uğrayıb
25 Noyabr 2024 10:08
Meksikada şəxsi təyyarə qəzaya uğradı Ölənlər var
23 Dekabr 2024 15:01
Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb
25 Mart 2025 01:03
Baxış sayı:190
Bu xəbər 16 Dekabr 2025 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















