Meksikada iğtişaşlar zamanı 23 məhbus həbsxanadan qaçıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meksikanın Xalisko ştatının Puerto-Valyarta şəhərində baş vermiş iğtişaşlar zamanı azı 23 nəfər həbsxanadan qaçıb.
APA xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik katibi Xuan Pablo Ernandes "NMas" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda yoxlamalar nəticəsində azadlıqdan məhrum edilmiş 23 şəxsin qaçdığı təsdiqlənib və onların saxlanılması üçün federal qurumlara müvafiq bildirişlər göndərilib.
Məlumata əsasən, iğtişaşlar "Xalisko Yeni Nəsil" narkokartelinin başçısının zərərsizləşdirilməsindən sonra başlayıb.
Bildirilir ki, qarışıqlıqlar zamanı məhbusların əlbir olduğu şəxslər həbsxananı atəşə tutub, daha sonra isə avtomobillə darvazanı dağıdaraq əraziyə daxil olublar.
Baş vermiş atışma zamanı penitensiar müəssisənin bir mühafizəçisi həlak olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Fevral 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















