Icma.az
close
up
RU
Nepalda iğtişaşlar zamanı həbsxanalardan 7500 dən çox məhbus qaçıb

Nepalda iğtişaşlar zamanı həbsxanalardan 7500 dən çox məhbus qaçıb

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Çərşənbə axşamı ölkəni kütləvi iğtişaşlar bürüdükdən sonra Nepal həbsxanalarından ən azı 7557 məhbus qaçıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Asiya ölkəsinin Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, 13 islah müəssisəsindən qaçan məhbuslar barədə məlumat daxil olub. Qaçan cinayətkarların tutulması üçün bütün ölkəyə hüquq-mühafizə orqanları və hərbi birləşmələr cəlb edilib. Səlahiyyətlilər vətəndaşları ehtiyatlı olmağa və hər hansı şübhəli vəziyyət barədə məlumat verməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl “Xabarhub” portalı Mahottari rayonundakı Cələşvar həbsxanasından 570-dən çox məhbusun qaçdığını bildirib. Portalın məlumatına görə, ən azı 1500 nəfərin saxlandığı Lalitpur şəhərindəki həbsxanadakı bütün məhbuslar da qaçıblar. Bundan əlavə, Nepalın cənubundakı Navalparasi rayonunun qərb hissəsində yerləşən rayon həbsxanasından 500-dən çox məhbusun, ölkənin mərkəzindəki Pyoxara şəhərindəki cəzaçəkmə müəssisəsindən isə 900-ə yaxın cinayətkarın qaçdığı bildirilir.

Katmandu və Nepalın digər şəhərlərində korrupsiyaya və sosial media qadağasına qarşı etirazlardan sonra bazar ertəsi və çərşənbə axşamı iğtişaşlar yaşanıb.

Baş nazir Şarma Oli istefa verib. Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə, prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. Onlardan biri Nepalın keçmiş baş naziri Jana Nath Xanalın həyat yoldaşını öldürüb. Nepal-Hindistan sərhədində də iğtişaşlar başlayıb, keçid məntəqələri bağlanıb.

Sentyabrın 4-də Nepal hökuməti müəyyən edilmiş müddət ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməmiş bir sıra messencer və sosial şəbəkələrin fəaliyyətinə məhdudiyyətlər qoyub. Sentyabrın 8-də Katmanduda və Nepalın bir sıra digər böyük şəhərlərində minlərlə nümayişçinin hökumət tədbirlərinə etiraz etdiyi kütləvi etirazlar başlayıb. Etirazların əsas iştirakçıları tələbələr və "Gen-Z" gənclər hərəkatının fəalları olub.

Etirazçılarla polis arasında toqquşma zamanı 20-dən çox adam ölüb, 500-dən çox insan yaralanıb. Sentyabrın 9-da etirazlar fonunda hakimiyyət sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırıb.

Etirazların rəsmi liderlər olmamasına baxmayaraq, onların siması Hami Nepal (“Biz Nepalın tərəfdarıyıq”) gənclərin qeyri-kommersiya təşkilatının sədri Sudan Qurunq olub. Bu təşkilat gənclərin cəmiyyətin transformasiyasında fəal iştirakını, internetdə senzuraya və korrupsiyaya qarşı mübarizə aparır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri