Meksikada polis idarəsi yaxınlığında partlayış baş verib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Meksikanın Sakatekas ştatında yerləşən Ojokalyente polis idarəsinin binası yaxınlığında güclü partlayış baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Sakatekas Ştat Prokurorluğunun yaydığı məlumata görə, hücum nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Baş prokuror Kristian Paul Kamaço Grupo Formula radiosuna bildirib ki, bazar günü gecə silahlı cinayətkar dəstə polis idarəsinə hücum edib və hücum zamanı partlayıcı qurğudan da istifadə olunub.
Onun sözlərinə görə, yaralılar arasında polis əməkdaşları da var. Hadisə nəticəsində ölən olmayıb, təhlükəsizlik qüvvələri isə əraziyə müdaxilə edərək vəziyyəti nəzarətə götürüb.Yerli KİV hücumu "bombalı avtomobil hücumu" kimi qiymətləndirir.
İlkin ehtimallara əsasən, terror aktı ölkənin ən güclü cinayətkar qruplaşmalarından biri hesab olunan “Xalisko Yeni Nəsil” karteli (CJNG) tərəfindən törədilib.
Meksikanın Təhlükəsizlik Kabineti də bəyan edib ki, partlayıcı qurğu ilə həyata keçirilən hücumun bütün təfərrüatlarının araşdırılması, məsul şəxslərin müəyyən edilərək saxlanılması üçün ştat hakimiyyəti ilə birgə əməliyyat aparılır.
Qeyd edək ki, CJNG kartelinin rəhbəri, "El Menço" ləqəbli Nemesio Oseqera Servantes fevralın 22-də Meksika ordusunun keçirdiyi əməliyyat zamanı öldürülmüşdü. Bundan sonra ölkənin müxtəlif ştatlarında kartelin mümkün qisas hücumları nəticəsində yollar bağlanmış, avtomobillər və obyektlər yandırılmış, baş verən zorakılıq dalğasında 73 nəfər, o cümlədən 25 təhlükəsizlik əməkdaşı həlak olmuşdu.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:154
Bu xəbər 01 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















