Icma.az
close
up
RU
Məktəb avtobuslarına GPS qoşulacaq? AÇIQLAMA

Məktəb avtobuslarına GPS qoşulacaq? AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda məktəb avtobuslarının təmin edilməsi təhsil sistemində müsbət dəyişikliklərə səbəb olacaq mühüm addımlardan biridir. Şagirdlərin rahat və təhlükəsiz şəkildə təhsil müəssisələrinə daşınması onların davamiyyətinin artmasına, tıxacların azalmasına və ekoloji problemlərin həllinə töhfə verəcək. Prezidentin sərəncamına əsasən, bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır və marşrutların hansı istiqamətlər üzrə təşkil ediləcəyi əsas müzakirə mövzularından biridir.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, təhsil müəssisələrinə nəqliyyat xidmətinin göstərilməsi, xüsusilə məktəbəqədər və ibtidai sinif şagirdləri üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanda mövcud nəqliyyat infrastrukturunda, səhər saatlarında məktəblərə gedən şəxsi nəqliyyat vasitələrinin sıxlıq yaratdığı müşahidə edilir:

"Məktəb avtobuslarının fəaliyyət göstərməsi valideynlərin şəxsi avtomobillərdən istifadəsini azaldacaq, bu isə nəqliyyat axınında rahatlıq yaradacaq. Məsələn, Bakı şəhərində səhər saatlarında məktəblərin yaxınlığında yaranan sıxlıq avtobus marşrutlarının effektiv idarə olunması ilə müəyyən qədər azaldıla bilər".

Ekspertin fikrincə, məktəb avtobusları şagirdlərin təhlükəsizliyini təmin etmək baxımından da vacibdir.

"Qanunvericilikdə uşaqların məktəbə daşınması ilə bağlı konkret tələblər mövcuddur. Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən, məktəbli avtobusları xüsusi işarələrlə təmin edilməli və sürücüləri müvafiq qaydalara riayət etməlidirlər. Dünyada tətbiq olunan bu praktika, xüsusilə ABŞ və Kanadada məktəbli avtobuslarının hərəkət etdiyi zaman digər nəqliyyat vasitələrinin dayanmasını tələb edir. Beləliklə, məktəb avtobusları şagirdlərin yol hərəkəti zamanı mümkün təhlükələrdən qorunmasına imkan yaradır.

Beynəlxalq təcrübəyə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə məktəb avtobuslarının istifadəsinin nə qədər vacib olduğu görünür. ABŞ-də məktəb avtobusları təxminən 26 milyon şagirdin daşınmasını təmin edir. Kanadada bu rəqəm 2 milyon civarındadır. Avropa ölkələrində, məsələn, Almaniyada məktəb avtobusları daha çox kənd və şəhərətrafı bölgələrdə aktiv fəaliyyət göstərir və burada marşrutlar konkret olaraq təhsil müəssisələrinin yerləşdiyi ərazilərə uyğun planlaşdırılır. Azərbaycanın da bu təcrübədən faydalanaraq sistemli bir yanaşma ortaya qoyması vacibdir", - deyə o bildirdi.

K.Əsədov hesab edir ki, məktəb avtobuslarının istifadəyə verilməsi valideynlər üçün də ciddi rahatlıq yaradacaq:

"Bu, həm onların vaxtına qənaət edəcək, həm də xərcləri azaldacaq. Mövcud vəziyyətdə bəzi ailələr öz övladlarını taksi və ya şəxsi avtomobil ilə məktəbə aparmalı olur ki, bu da əlavə maliyyə yükü yaradır. Dövlət tərəfindən təmin edilən məktəb avtobusları isə bu problemi həll edərək bütün şagirdlər üçün bərabər imkanlar yaradacaq.

Lakin bu sistemin uğurla tətbiq edilməsi üçün bəzi çətinliklər də mövcuddur. Əsas problemlərdən biri maliyyə xərclərinin qarşılanmasıdır. Məktəb avtobuslarının alınması, texniki baxışdan keçirilməsi və marşrutların düzgün planlaşdırılması böyük vəsait tələb edir. Bundan əlavə, sürücülərin peşəkar hazırlıq səviyyəsinin artırılması da əsas məsələlərdən biridir. Xüsusi təlimlər keçmiş sürücülərin idarə etdiyi avtobuslar şagirdlərin təhlükəsizliyini maksimum səviyyədə təmin edəcək.

İdarəetmə və nəzarət mexanizmləri də mütləq gücləndirilməlidir. Avtobusların hərəkətini izləmək üçün GPS texnologiyasından istifadə edilməsi valideynlərə real vaxt rejimində məlumat almaq imkanı verə bilər. Beynəlxalq təcrübədə, məsələn, Cənubi Koreyada bu sistem artıq tətbiq olunur və valideynlər mobil tətbiqlər vasitəsilə avtobusların harada olduğunu izləyə bilirlər".

Təhsil ekspertinin sözlərinə görə, nəticə etibarilə, məktəb avtobuslarının təmin edilməsi şagirdlər üçün təhlükəsiz və rahat nəqliyyat vasitəsi yaratmaqla yanaşı, şəhər nəqliyyatının yükünü azaldacaq və ekoloji problemlərin həllinə töhfə verəcək.

"Lakin bu sistemin uğurla həyata keçirilməsi üçün marşrutların düzgün təyin edilməsi, maliyyə xərclərinin optimallaşdırılması və sürücülər üçün müvafiq təlimlərin təşkil olunması vacibdir. Azərbaycan təhsil sistemi bu yeniliyi effektiv şəkildə tətbiq edə bilsə, məktəbli avtobusları təhsil sahəsində mühüm bir islahat kimi tarixə düşəcək", - deyə K.Əsədov vurğuladı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Yanvar 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri