Icma.az
close
up
RU
Məktəb dərslikləri tələbə adını qazanmağa imkan vermir AÇIQLAMA

Məktəb dərslikləri tələbə adını qazanmağa imkan vermir AÇIQLAMA

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Repetitorluğun ləğv olunması anlayışı doğru deyil. Əvvəlcə repetitorluğu yaradan səbəblərə baxaq. Repetitorluğu yaradan səbəb Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının ümumtəhsil məktəblərindəki proqramlarla və yaxud da tədris mühiti ilə üst-üstə düşməməsidir. Yəni bu gün repetitor yanına getmədən hər hansı bir abituriyent ali məktəbə qəbul ola bilmir. Bu, məsələnin birinci tərəfidir. İkinci bir tərəfi cəmiyyət olaraq artıq belə başa düşürük ki, nəinki Dövlət İmtahan Mərkəzinin qəbulunda, eləcə də işə qəbul sahələrində repetitorun köməyi olmadan mümkün deyil. Cəmiyyət artıq bunu qəbullanıb". 

Bu sözləri Ölkə.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov repetitorluğun ləğv olunub-olunmamasından danışarkən deyib.

Onun fikrincə, məktəbdə öyrədilən bilik-bacarıqlarla Dövlət İmtahan Mərkəzinin qəbul sisteminə düşmək mümkün deyil:

"Repetitorluğun ləğv edilməsində maraqlı olan heç kim yoxdur. Bu gün repetitorların əldə etdiyi nəticələr məktəbin və təhsil sisteminin adına yazılır. Ona görə Elm və Təhsil Nazirliyi, onun idarəetmə qurumları, təhsil müəssisələri özləri repetitorluğun lehinədirlər. Və repetitorluğu ləğv etmək olmaz, çünki bu 1-2 günə yaradılmayıb. Düşünürəm ki, bunu minimuma endirmək mümkündür. Bunu da etmək üçün birinci növbədə Dövlət İmtahan Mərkəzinin qəbul sistemində qrup imtahanını ixtisas imtahanı ilə əvəz etmək olar. Eyni zamanda buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək olar".

Qeyd edək ki,  elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib ki, repetitorluq mərhələli şəkildə ləğv ediləcək.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see176

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see123

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri