Icma.az
close
up
RU
Məktəb direktoru sertifikasiyadan keçməsə, müəllimlik də edə bilməyəcək? AÇIQLAMA

Məktəb direktoru sertifikasiyadan keçməsə, müəllimlik də edə bilməyəcək? AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Elm və Təhsil naziri Emin Əmrullayev açıqlamasında qeyd edib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, direktorların və müavinlərinin işə qəbulu qaydaları artıq müəyyən təlimatlarla tənzimlənir:

“Direktorlar və müavinlər işə qəbul imtahanını verirlər, daha sonra direktorlar esse müsabiqəsində iştirak edirlər. Ən sonda müsahibə mərhələsi keçirilir. Bilik və bacarıqlara görə bütün normalar ödəndikdən sonra təyinat alırlar". 

Ekspertin sözlərinə görə, əvvəldən təyinat almış direktorlarla bağlı müəyyən gərginliklər var. 

"Direktor və müavinlərin sertifikasiyaya cəlb olunması məsələyə müəyyən qədər aydınlıq gətirəcək. Bəziləri düşünür ki, əvvəldən fəaliyyət göstərən direktorlar artıq normal idarəetmə sistemi qura bilmirlər. Yəni yeni standartlara cavab vermirlər. Bu mövzu baxımından sertifikasiyaya cəlb olunma məsələlərə aydınlıq gətirəcək. Bu hal məktəblərdə direktorların yenilənməsinə öz təsirini göstərəcək. Gündəm məsələlərindən biri də məktəb direktorlarının ixtisaslarına görə imtahana cəlb olunması idi. Bu məsələyə də müəyyən aydınlıq gətirildi. Məktəb direktoru sertifikasiyadan uğurlu keçə bilmədikdə, öz fənni üzrə imtahan verib, sertifikasiyadan keçməlidir ki, o gələcəkdə müəllim kimi fəaliyyət göstərə bilsin", - deyə M.Məmmədli qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri