Icma.az
close
up
RU
Məktəb direktoruna qarşı ittihamlar Araşdırmalara BAŞLANILDI

Məktəb direktoruna qarşı ittihamlar Araşdırmalara BAŞLANILDI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseydə çalışan müəllimin direktor Lalə Ənvər qızı Bədəlova barəsində səsləndirdiyi iddialar ictimai müzakirələrə səbəb olub.

Redaktor.az-ın məlumatına görə, Şimal.News-a müraciət edən müəllim bildirib ki, direktor onun şəxsi yazışmalarının ekran görüntülərini öz telefonuna çəkərək müəllim heyəti arasında yayıb. Şikayətçi əlavə edib ki, direktor müəllimlərin adına artıq dərs saatları yazmaqla əməkhaqlarının bir hissəsini mənimsəyir, həmçinin şagirdlərin məktəbə qəbulu zamanı rüşvət alır. O iddia edib ki, direktor ştatda deyil, yalnız müqavilə əsasında fəaliyyət göstərir.
Bununla yanaşı, redaksiyaya təqdim olunan görüntülərdə direktorun möhür və imzası ilə müəllimlərin əməkhaqqından 1 faiz məbləğində vəsaitin “fond pulu” adı altında tutulduğu da əks olunub.

Şikayətçi müəllim qeyd olunan faktlarla bağlı artıq rayon prokurorluğuna rəsmi müraciət etdiyini də bildirib.

Məsələ ilə bağlı Şimal.News məktəb direktoru Lalə Bədəlova ilə əlaqə saxlayıb. O, cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verməsə də, məktəblərə qəbulun yalnız portal üzərindən aparıldığını, əməkhaqqıdan vəsait tutulması ilə bağlı səsləndirilən fikirlərin isə əsassız olduğunu vurğulayıb.
Qaranlıq qalan məqamlarla bağlı Quba–Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən hazırda yoxlama aparılır.
Açıqlamada vurğulanıb ki, araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək və bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri