Icma.az
close
up
RU
Məktəb nə klubdur, nə də mədrəsə!

Məktəb nə klubdur, nə də mədrəsə!

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“İdrak” liseyində açılan atəş ictimai diqqəti təhsil sisteminə cəmlədi. Baş verən hadisənin kökündə müəllim-şagird konflikti dayanır. Bu konflikt öz məğzinə və təzahürlərinə görə çoxşaxəlidir. Zaman-zaman məsələnin kökü barədə müxtəlif şərhlər təqdim etmişik. Bir daha təkrarlamalı olsam, təhsil, müəllim və şagird məktəbə qayıtmalıdır. Məktəb isə ancaq nizam-intizam güclü olanda öz məqsədinə çata, pozitiv elmi bilikləri nəsildən-nəsilə ötürə bilər. Pozitiv elm dindən ayrılmış, yalnız empirik müşahidəyə, təcrübəyə və rasional düşüncəyə əsaslanan biliklər məcmusudur. Odur ki, Azərbaycan Konstitusiyasının dövlətin dindən ayrıldığı, təhsil sisteminin isə dünyəvi olduğu xüsusi vurğulanır.

Deməli, orta məktəblərdə vahid məktəb formasına keçid təkcə estetik və ya intizamla bağlı məsələ sayılmamalıdır. Bu, birbaşa uşaq hüquqları, dünyəvi təhsil prinsipi və şagirdin azad inkişaf mühiti ilə əlaqəli mövzudur. Zənnimcə, vahid məktəbli formasının tətbiqi ilk növbədə ona görə zəruridir ki, məktəb neytral ictimai məkan olmalıdır. Heç kimə sirr deyil ki, məktəb uşaqların ailədən kənarda əsas sosiallaşma mühitidir və fərdi kimliyi məhz burada formalaşır. Şəxsiyyətin formalaşma prosesi heç bir ideoloji, siyasi, dini və ya sosial təzyiq altında baş verməməlidir. Vahid forma şagirdi ailədaxili və ya icma mənşəli təsirlərdən qismən də olsa ayıraraq, onu bərabər hüquqlu təhsil subyekti kimi qoruyur.

İkinci mühüm məqam bərabərlik prinsipidir. Fərqli geyimlər sosial statusu, ailənin dünyagörüşünü və maddi vəziyyətini açıq şəkildə nümayiş etdirir. Bu isə məktəb mühitində ayrımçılıq, psixoloji təzyiq və etiketləmə yaradır. Vahid forma uşaqları “kimin kim olduğu” müzakirəsindən uzaqlaşdıraraq, diqqəti əsas məqsədə - təhsilə yönəldir.

Daha həssas və çox zaman açıq şəkildə deyilməyən, amma real olan məsələ isə uşağın müxtəlif təlqinlərlə dinə yönləndirilməsidir. Fərdin öz həyat obrazını müəyyənləşdirməsi üçün bəlli mövzularda biliyə və həyat təcrübəsinə ehtiyacı var. Şagird təsəvvürləri və hələ tam formalaşmamış şəxsiyyət nəyi və niyə seçdiyini tam dərk etmir. Deməli, qız uşaqlarının dini geyim tərzinə üstünlük verməsi heç də azadlıq deyil. Azadlığa istənilən müdaxilə isə uşaq hüquqları pozuntusudur. Vahid məktəbli forması bu nöqtədə profilaktik mexanizm rolunu oynayır. O, nə dini inancı qadağan edir, nə də ailənin etiqadına müdaxilə edir. Sadəcə məktəb mühitində uşağın ideoloji neytrallığını təmin edir və “uşaq - valideyn ideologiyasının daşıyıcısıdır” yanaşmasının qarşısını alır. Eləcə də məktəbə açıq-saçıq geyimdə gəlmək, yaşından tez kosmetikadan istifadə etmək istəyənlərə “olmaz” deyilir.

BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında deyilir: “Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənəviyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi üçün zəruridir”.

Bu müddəa uşaqların din və etiqad azadlığının mütləq olmadığını, onun ictimai maraq və digər şəxslərin hüquqları ilə balanslaşdırıldığını aydın şəkildə göstərir.

Konvensiyanın bu bəndinə görə, uşaqların öz dininə və ya məzhəbinə etiqad etmək azadlığı yalnız üç əsas şərtlə məhdudlaşdırıla bilər.

Birincisi, məhdudiyyət mütləq qanunla müəyyən edilməlidir. Yəni bu, şəxsi yanaşma, inzibati istək və ya subyektiv qərar ola bilməz. Hüquqi əsas olmadan hər hansı müdaxilə yolverilməzdir.

İkincisi, məhdudiyyət legitim məqsəd daşımalıdır. Konvensiya bu məqsədləri açıq şəkildə sadalayır: dövlət təhlükəsizliyi, ictimai qayda, əhalinin mənəviyyatı və sağlamlığı, eləcə də digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi. Siyahının qapalı olmaması dövlətlərə geniş səlahiyyət vermir, əksinə, müdaxilənin ictimai zərurətə əsaslanmasını tələb edir.

Üçüncüsü isə, məhdudiyyət zəruri və proporsional olmalıdır. Yəni dövlət ən sərt yox, məqsədə çatmaq üçün sadə və effektiv vasitəni seçməlidir. Azadlığın özü deyil, onun müəyyən formaları və konkret təzahürləri tənzimlənə bilər.

Konvensiyanın şərhinə görə, uşağın din azadlığı valideynin dini azadlığının avtomatik davamı kimi qəbul edilə bilməz. Əgər dini davranış uşağın fiziki, psixoloji və sosial inkişafına zərər vurursa və ya onun azad seçim imkanlarını məhdudlaşdırırsa, dövlətin müdaxilə etməsi Konvensiyaya zidd deyil, əksinə onun tələbidir.

Taleh Şahsuvarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri