Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

“Məktəb öz funksiyasını tam yerinə yetirmir”

“Məktəb öz funksiyasını tam yerinə yetirmir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamran Əsədov: “Ciddi uyğunsuzluqlar mövcuddur”

2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə əsasən bu il abituriyentlərin təxminən 35 faizi universitetə qəbul ola bilməyib. Bunun səbəbi nədir? Azərbaycan təhsili ilə bağlı hansı problemlər var? Builki imtahanın nəticələri təhsillə bağlı nəyi deməyə əsas verir?
Sözügedən istiqamətlərdə təhsil eksperti Kamran Əsədov fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
Ekspert bildirib ki, bu il keçirilən universitetə qəbul imtahanlarının nəticələri Azərbaycan təhsilinin hazırkı durumunu göstərən ən real göstəricilərdən biridir: “Əldə olunan nəticələr onu sübut edir ki, məktəb təhsilinin keyfiyyəti ilə ali təhsil sisteminə keçid arasında ciddi uyğunsuzluqlar mövcuddur. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarında 88 min 756 nəfər iştirak edib, onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) universitetlərə qəbul olunub. Yəni, abituriyentlərin təxminən 35 faizi universitetə qəbul ola bilməyib. Bu isə həm məktəb təhsilinin nəticəsizliyini, həm də abituriyentlərin peşə və karyera seçiminə yönləndirilməsində ciddi boşluqları göstərir”.

“Məktəb öz funksiyasını tam yerinə yetirmir”

K.Əsədov bildirib ki, ən diqqətçəkən məqam isə plan yerlərinin boş qalmasıdır: “Bu il 3100-dən çox yerin dolmaması o deməkdir ki, dövlət vəsaiti hesabına ayrılmış plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyən edilməyib. Əgər gənclər həmin ixtisasları seçmirlərsə, deməli, bu sahələrdə gələcək perspektivlər zəifdir, əməkhaqları aşağıdır, iş imkanları məhduddur. Bu fakt göstərir ki, Elm və Təhsil Nazirliyi illərdir əmək bazarının təhlilini aparmır, tələbələrin maraqlarını və qlobal tendensiyaları nəzərə almır. Halbuki, “Təhsil haqqında” Qanunun 6-cı maddəsinə görə, təhsil siyasəti dövlətin sosial-iqtisadi inkişaf prioritetləri ilə uzlaşdırılmalıdır. Təəssüf ki, bizdə bu mexanizm kağız üzərində qalır. Nəticələrin təhlili göstərir ki, yüksək nəticə göstərənlərin sayı azalır. Məsələn, 600 və daha çox bal toplayanların faizi son illərlə müqayisədə azalıb. Bu, məktəb proqramlarının keyfiyyətinə dair ciddi suallar yaradır. Çünki şagirdlərin yüksək bal toplamaq üçün kütləvi şəkildə repetitor yanına üz tutması faktı təsdiq edir ki, məktəb təhsili imtahana real hazırlıq imkanı vermir. Əgər “Ümumi təhsil haqqında” Qanunun 10-cu maddəsində məktəbin əsas vəzifəsi şagirdlərin bilik, bacarıq və vərdişlərini formalaşdırmaq kimi qeyd olunursa, onda nəyə görə bu missiyanı repetitor bazarı icra edir? Bu sualın cavabı odur ki, məktəb öz funksiyasını tam yerinə yetirmir”.

“Rəqəmləri elan etmək” siyasəti təhsilin inkişafına xidmət etmir”

O əlavə edib ki, müsbət tərəfi odur ki, qəbul imtahanları yenə də ölkədə ən şəffaf proseslərdən biridir: “Dövlət İmtahan Mərkəzi nəticələri obyektiv şəkildə elan edir, bu isə cəmiyyətin inamını qoruyur. Lakin yalnız imtahanların şəffaflığı ilə öyünmək kifayət deyil. Çünki nəticələrin mahiyyəti göstərir ki, təhsil sisteminin özündə islahatlara böyük ehtiyac var. Dünya təcrübəsi bunu təsdiq edir. Məsələn, Finlandiyada qəbul imtahanı yoxdur, şagirdlər məktəb göstəricilərinə əsasən universitetlərə qəbul olunurlar. Koreyada və Yaponiyada isə qəbul imtahanlarının nəticələri dərhal təhsil siyasətinin yenilənməsi üçün əsas indikator kimi istifadə olunur. Azərbaycanda isə illərdir eyni statistika elan edilir, amma nə nazirlik, nə də universitetlər bu nəticələrdən çıxarış etmir. Ən böyük problem odur ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə nə planı, nə də proqnozu var. Nazirlik qəbul nəticələrinin yalnız formal icmalını verir, amma onların dərin təhlilini aparmır. Hər il minlərlə gənc uğursuzluğa düçar olur, amma bunun səbəbləri barədə tədqiqat yoxdur. Qəbulda uğur qazanmışların keyfiyyət göstəriciləri, məktəblər üzrə nəticələrin müqayisəsi, regionlar arasında fərqlərin səbəbləri heç vaxt açıqlanmır. Dünya təcrübəsindən xəbərsiz qalmaq, yerli problemlərə göz yummaq və yalnız “rəqəmləri elan etmək” siyasəti təhsilin inkişafına xidmət etmir”.

“Ali məktəblər real tələblərə uyğun kadr hazırlığı aparmır”

Ekspert həmçinin deyib ki, əslində dəyişməli olan sistemin özüdür: “Plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyən edilməlidir. Məktəblərdə tədris proqramları imtahan nəticələrinə əsasən yenilənməlidir. Təhsil müəssisələri və nazirlik nəticələr üzərində geniş ictimai müzakirələr aparmalı, zəif nəticələrin səbəblərini aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. Əks halda, qəbul imtahanlarının nəticələri hər il yalnız bir statistik hesabat kimi təqdim olunacaq, amma təhsilin keyfiyyəti dəyişməyəcək. Builki nəticələr bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi öz funksiyasını tam yerinə yetirmir. Gənclər repetitorların ümidinə buraxılır, məktəblər sadəcə formal diplom verən müəssisəyə çevrilir, ali məktəblər isə real tələblərə uyğun kadr hazırlığı aparmır. Nazirliyin fəaliyyəti isə yalnız kağız üzərində qalan layihələr və formal tədbirlərdən ibarətdir. Əgər bu yanaşma dəyişməsə, gələcək illərdə də qəbul imtahanlarının nəticələri eyni problemləri təkrar göstərəcək və təhsilimiz dünya ilə ayaqlaşmaq əvəzinə, daha da geriyə gedəcək”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri