Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat Foto
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir neçə ay əvvəl direktoru işdən çıxarılan Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Tutu Hüseynova gətirilib.
O bu təyinatadək Gəncə şəhər 32 nömrəli tam orta məktəbin direktoru olub.
Qeyd edək ki, 1 nömrəli tam orta məktəbin keçmiş direktoru Gülbəniz Bayramova bu ilin mart ayında işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi. Onunla bağlı yayılan səs yazısında məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair adlar altında pul yığıldığı iddia edilirdi.
G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunmuşdu. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















