Məktəb qarşısında təhlükə yaradan sürücü cəzalandırıldı VİDEO
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 nömrəli tam orta məktəbin qarşısında təhlükəli hərəkətlər edən sürücü ilə bağlı araşdırma aparılıb.
Bakıvaxtı.az patrul.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirib ki, videogörüntü əsasında sürücünün şəxsiyyəti müəyyən edilib və onun barəsində qanunamüvafiq tədbir görülüb.
Xatırladaq ki, görüntülərdə 10-VP-389 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin sürücüsünün küçə şəraitinə uyğun olmayan yüksək sürətlə hərəkət edərək döngəyə daxil olması, əyləcləməyə baxmayaraq idarəetməni itirməsi və yol kənarında dayanan velosipedi vurması əks olunurdu. Hadisə zamanı ərazidə çoxlu sayda uşağın olması isə ictimai narahatlığa səbəb olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 İyun 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















