“Mall”un qarşısında təhlükə yaradan sürücü baykeri əsəbiləşdirdi: “Başın çatmır?” VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Neftçilər prospektində qayda pozan sürücü anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 25-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 10-CX-080 dövlət nömrəli “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan anidən sağa keçid edib və bu zaman motosikletə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən bayker siqnal verərək ona xəbərdarlıq etsə də sürücü ona əhəmiyyət verməyib. Daha sonra moto sürücü sürücü ona yaxınlaşaraq “Başın çatmır? Dönmə işığını yandır sonra manevr elədə” deyərək iradını bildirib. Lakin sürücü baykerin sözünə qulaq asmadan əliylə xoşagəlməz hərəkət edib.
Digər tərəfdən kadrda qayda pozan piyada da əks olunub. Belə ki, telefonla danışan qadın yolun hərəkət hissəsində dayanaraq təhlükəli vəziyyət yaradıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















