Icma.az
close
up
RU
Məktəb sivil dəyərlər ocağıdır

Məktəb sivil dəyərlər ocağıdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onun fəaliyyətini hüquqi-əxlaqi normalar tənzimləyir

Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən, cəmiyyətin intellektual potensialının formalaşmasında mühüm rol oynayan strateji sahədir. Burada həyata keçirilən islahatlar yalnız tədrisin keyfiyyətinin yüksəldilməsini deyil, eyni zamanda, məktəblərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasını, şagirdlərdə məsuliyyət hissinin gücləndirilməsini və ümumi davranış qaydalarına hörmətin aşılanmasını nəzərdə tutur.

Hər bir insan erkən yaşlarından ailədə olduğu kimi, məktəbdə də şəxsiyyət kimi formalaşır, bilik, elmi-mənəvi dəyərlər və vətəndaşlıq məsuliyyəti qazanır. Bu təməl mərkəzi kollektiv ruh və sosial intizam məkanı kimi müqəddəsdir. Burada fərdi dini-etnik baxışlar, inanclar deyil, ümumi dünyəvi dəyərlər hakimdir. Heç kəs din, məzhəb və ya təriqətinə xas xüsusiyyətləri məktəbə daşıya bilməz.

Ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi təhsil mühitinin təşkili, məktəbdaxili nizam-intizamın qorunması və şagirdlər, eləcə də müəllimlər arasında bərabərlik prinsipinin təşviqi baxımından mühüm önəm daşıyır. Bu baxımdan Nazirlər Kabinetinin sentyabrın 21-də imzalanan “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında” qərarı bir çox aspektləri ilə diqqət çəkir. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Qeyd edək ki, sovet dövründə 70 il ərzində ölkədə din sıxışdırılmış, dini ibadətlər, libaslar mühafizəkarlıq kimi dəyərləndirilmiş və qadağan edilmişdi. Eyni zamanda, həmin dövrdə də vahid məktəbli geyimi tələbi vardı və ciddi riayət olunurdu. Müstəqilliyin bərpasından sonra isə qanunlarda məhdudiyyətsiz vicdan azadlığı daha geniş anlam kəsb etdi, dini adətlərə geniş rəvac verildi.

Qonşu ölkələrdən müəyyən mürtəce dini qruplar da buraya gələrək və yerlərdə muzdlu təbliğatçılar seçərək təlimləndirdilər.

Tədricən, Azərbaycan hakimiyyəti məqsədli dinçiləri zərərsizləşdirdi, İslami məsələlərdə xarici təsir riskini tam azaltdı. Amma belələrinə, az da olsa, rast gəlinir, onların da düzgün yola qaytarılması üçün zəruri tədbirlər görülür. Dövlətin humanizm prinsiplərindən sui-istifadə edən ələbaxan fürsətçillər hədlərini bilib dövlətin qanunlarına ciddi hörmət göstərməli, “bəlkə də qaytardılar” deyərək, milli-mənəvi dəyərləri laxlatmağa cəhd göstərməməlidirlər.

İslami adətin dünyəvi təhsil müəssisələrinə sızdırılması xüsusilə təhlükəli tendensiyadır və qarşısı qətiyyətlə alınmalıdır. Çünki təhsil strateji sahədir, burada yol verilən yanlışlıqlar illər sonra özünü büruzə verə bilər. Elə ətrafında yersiz hay-küy qaldırılan baş örtüyü məsələsi də bəzi qurumların gələcəyə hesablanan təhlükəli təxribatıdır.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəb pedaqoji şuralarının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər övladlarının vahid geyim forması ilə bağlı tələblərə riayət etməsinə cavabdehdirlər.

Sözügedən qərar təhsil mühitində nizam-intizamın möhkəmləndirilməsi, şagirdlər arasında bərabərliyin təşviqi və məktəbə məxsusluq hissinin gücləndirilməsini nəzərdə tutur. Bu baxımdan vahid məktəbli formasının tətbiqini hüquqların məhdudlaşdırılması və ya qanunsuz qərar kimi təqdim olunması kökündən yanlışdır.

Vahid məktəbli forması ilə bağlı rəyini öyrəndiyimiz müəllimlər Nazirlər Kabinetinin qərarını dəstəkləyirlər. Bu barədə XQ-yə açıqlamasında Sumqayıtın təhsil veteranı, şair-publisist Əvəz Mahmud Lələdağ dedi:

– Mən bir qrup adamın hicab şəbədələrini ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin və təhsilin müasir tələblər səviyyəsində inkişaf etməsini gözü götürməyənlərin firvası kimi dəyərləndirirəm. Onları idarə edənlər bilməlidirlər ki, Azərbaycanın hər daxili qərarına görə kənardan siyasi razılıq almaq öhdəliyi yoxdur. Dövlət və hökumətimiz zamanın çağırışlarına müvafiq olaraq, müstəqil siyasət yürütmək qüdrətinə malikdir və bunu edir də. Bizim kimlərinsə “dirijor çubuğu”na ehtiyacımız yoxdur.

Xatırlayırsınızsa, məşhur “Dəli Kür” bədii filminin bir epizodunda mədrəsədə dərs zamanı molla ərəb əlifbasını öyrədərkən “Əlif zəbər ə, be zəbər bə” səsli hərfləri düzgün tələffüz edə bilməyən şagird şallaqla döyülür. Atalar bu barədə düz deyiblər ki, zorla məhəbbət olmaz. Məktəbli geyiminə dini baş örtüyünün əlavə edilməsinə, sanki, zor gücünə nail olmaq istəyənlər özləri də bunun yolverilməz olduğunu bilirlər, amma nəyinsə naminə yersiz “tozanaq” edirlər.

Ölkəmizdə din dövlətdən, məktəb isə dindən ayrıdır. 70 illik pedaqoji təcrübəmə əsasən deyim ki, dini şüarlar iqtisadi rifahı, keyfiyyətli təhsili və ədalətli idarəetməni əvəz eləmir. İdarəetmədə uğur vətəndaş rifahı və gələcəyə möhkəm inam aşılanması ilə ölçülür. Ümummilli lider Heydər Əliyevin 1999-cu il 15 iyun tarixində imzaladığı “Təhsil sahəsində islahat proqramı”, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” Qanun bu baxımdan tarixi əhəmiyyətli sənədlərdir.

Azərbaycan hökuməti öz təcrübəsindən və başqa ölkələrdəki proseslərdən nəticə çıxararaq, dünyəvi modelini qorumaqda israrlıdır. Bu isə qətiyyən inanca qarşı mövqe deyil. Ölkəmizdə müxtəlif inanclı insanların eyni institutlar daxilində bərabər hüquq və imkanlarla yaşaması təmin olunub.

Bu, bir aksiomdur ki, məktəb qaydaları ətrafında müzakirələrdə uşağın marağı siyasi tərəflərin mövqeyindən üstün tutulmalıdır. Məktəblilərin təkidli görüntülərini yayaraq onları qarşıdurma iştirakçısına çevirmək həmin uşaqların təhsilinə və psixoloji rahatlığına mənfi təsir edir. Onların adından danışan bəzi böyüklər bu barədə də düşünməlidirlər.

Ailənin inancına hörmət öz yerində, amma uşağın dünyəvi məktəbdə təhsili və orada tətbiq olunan ümumi qaydalara hörmət də hər kəsin məsuliyyətidir. Uşaq isə böyüklərin dini-siyasi mübahisəsində vasitə olmamalıdır. Gün kimi aydındır ki, Azərbaycanın dünyəvi təhsil mövqeyi böyüyən nəslin inkişafını əsas götürən yanaşmadır.

Həmsöhbətimiz ötən günlərdə bəzi təhsil müəssisələrinin qapısı ağzında baş verənləri qətiyyətlə pislədiyini bildirərək dedi ki, məsələn, Bakının Binə qəsəbəsindəki məktəblərdən birində belə bir insident yaşanıb. Bunu törədənlər qəsdən “unudublar ki”, ümumi təhsil ocaqlarında vahid geyim forması hüquqi əsaslarla və beynəlxalq təcrübə nümunəsində müəyyənləşir.

– Vaxtilə mənim uzun müddət direktoru olduğum Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindəki 6 nömrəli məktəbdə də bənzər olay baş verib, - deyə Əvəz müəllim təəssüflə söylədi. Düzdür, orada məsələnin böyüdülməsinə yol verilməyib, amma mübahisələrin başlanmasını da heç istəməzdim.

Şagirdlərlə bərabər, müəllimlərin də vahid geyim məsələsi təhsil mühitində peşəkarlıq, etik normalar və müəllim nüfuzunun qorunmasını ehtiva edir. Çünki müəllim yalnız bilik verən deyil, həm də öz davranışı, ünsiyyəti və xarici görünüşü ilə şagirdlərə nümunə olan şəxsdir. Məktəb isə sosial imkan nümayişi meydanı deyil, elm, bilik məbədidir. Burada hər hansı açıq-saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbuledilməzdir.

Şagird də, müəllim də yalnız zəkası, elmi marağı, fərdi istedadı və bacarığı ilə seçilə bilər. Təhsil ocaqlarında, müəllimlərlə, valideynlərlə, həm də şagirdlərlə, bax, bu yöndə maarifləndirici söhbətlərin aparılması vacibdir. Çox istərdim ki, şagirdlərin məktəbli forması olduğu kimi, müəllimlərin də sadə, səliqəli, şagirdlərin diqqətini yayındırmayan geyim forması olsun.

Nəhayət, qeyd edək ki, müəyyən mövzu ətrafında müzakirələrdə hər kəs subyektiv fikrini söyləməkdə azaddır. Ancaq söyüş və təhqirlə, dövlət mülkiyyətini dağıtmaqla, özbaşınalığa çağırışla heç nəyə nail olmaq mümkün deyil. Əslində, bu təxribat üsulu məlum ideoloji dairələrin imperiya siyasətinə əsaslanan anti-İslam rejiminə xasdır. Çünki həmin rejim üçün din müqəddəs və toxunulmaz dəyər deyil, hədəfə çatmaq üçün bir vasitə və alətdir. Peyğəmbərin heç bir hədisində zərərli ideologiya ilə, batil və zorakı yollarla məqsədə çatmaq öyüdü yoxdur.

Saf inanclı insanlarımız dinə hansısa qaranlıq məqsədlər üçün istinad edilməsi ilə barışmamalı, hər hansı mövzuda – istər etiqad məsələsi olsun, istərsə də baş örtüyü və sair – etik çərçivədə, təhqirsiz, sağlam mükalimələr aparılmasını ətraflarındakılara təlqin etməlidirlər. Yoxsa din də nüfuzdan düşər.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri