Icma.az
close
up
RU
Uşaqlarda məktəb fobiyası

Uşaqlarda məktəb fobiyası

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Uşaqlarımızın həyatında bu və ya digər səbəblərdən fobiyalar ola bilər - qaranlıq fobiyası, tək qalmaq fobiyası, valideynlərini itirmək fobiyası və s.

Bu fobiyalardan biri də məktəb fobiyasıdır.

Hər bir valideynin uşağına olan arzuları vardır. Bunlardan biri də məktəbə daxil olub, təhsilini müvəffəqiyyətlə başa vura bilməsidir.

Sentyabr qabağı hazırlıqlar başlanır. Valideynlər uşaqlarının dərsə başlaması üçün bütün hazırlıqları görür. Lakin məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır. Hazır olmadıqda bu uşaqlarda ciddi gərginlik yaradır. İlk növbədə uşaq dərsə getmək istəməyəcək, məktəbi qorxulu bir yer kimi yadında saxlayacaq. Valideynlər bunu adi bir uşaq nazı kimi qəbul etsələr belə, əslində bu heç də belə deyil. Çünki bu onlar üçün heç də asan olmur. Əgər əvvəllər həyatının mərkəzində sadəcə oyun oynamaq idisə, indi isə onlara müəyyən məsuliyyətlər verilib.

Ayrıca müəyyən müddət partanın arxasında əyləşmək, müəllimənin dediklərinə qulaq asmaq uşaq üçün çətin olur.

Məktəb sözünün özü belə bəzən uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Valideynlər uşaqlara bunun belə olmayacağını danışmalı, başa salmalıdır.

Bu bizlərdə də belədir. Yeni bir kollektivə girdikdə, biz ilk əvvəllər həmin kollektivə tez bir zamanda adaptasiya olunmaq istəyirik. Əgər bu bizə bir qat ağırdısa, bu onlar üçün on qat çətin olur. Ona görə də məktəb fobiyasını adi şəkildə qarşılamamalıyıq, uşaqların yanında olmalıyıq, onlar üçün bu yükü yüngülləşdirməliyik.

Əslində məktəbi başqa cür danışsaq, sevilməyən tərəflərindən (səhər tezdən durmaq, məsuliyyət daşımaq və s.) çox sevilən tərəflərini danışsaq - onlara qazandığı yeni dostlarla birlikdə vaxt keçirdə biləcəyini, dərsləri ilə yanaşı oyun da oynaya biləcəyini, yeni bilgilər ala biləcəyini və s. - uşağın məktəbə adaptasiyası daha asan keçəcək.

Biz valideynlər məktəb həyatının adaptasiya dövründə daim uşaqların yanında olmalıyıq. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsaq daha yaxşı olar. Bununla uşaq həm sevildiyini, həm də onlar üçün vacib olduqlarını göstərin. Məktəbdə başına gələn uğursuzluqlara belə sakit şəkildə qulaq asıb, onların hamının başına gələ biləcəyini, adi uğursuzluqda belə hər zaman onun yanında olacağımızı onlara göstərək. "Mənə güvənə bilərsən - mən səni hər zaman dinləyəcəm, səninlə hər şeyin öhdəsindən gələ bilərik" kimi ifadələr onları rahatlaşdırır. Çünki onlar arxalarında güvəndikləri insanın olduğunu biləndə, bu onlara özgüvən verir.

Ən əsası hər zaman uşaqlarımızın əlindən tutub günümüzü onlarla əyləncəli hala çevirməliyik.

Uşaqlar bu dövrdə həssas ola bilirlər. Onlara yanaşarkən bunu nəzərə almaq lazımdır. Bu dövrü düzgün şəkildə keçirtməliyik ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Çünki sonrakı dövrlər - yeniyetməlik, erkən gənclik dövrü - onlar üçün yeni problemlər yaradır. Bu dövrlər onlar üçün daha çətin keçə bilər.

Uşaqlarda məktəb fobiyası ciddi şəkildə özünü göstərərsə, bu zaman psixoloq məsləhəti alınsa yaxşı olar.

Uşaqlarımıza verə biləcəyimiz ən böyük xəzinə - sevgimizdir!

Əliyeva Günel

Psixoloq

Dushunce.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri