Məktəb yayda əsaslı təmir olunub, rəhbərlik şagirdlərdən “təmir pulu” yığır
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Gəncədə yerləşən 32 saylı orta məktəbin rəhbərliyi şagirdlərdən “təmir pulu” adı altında adambaşına 4 manat yığılmasına göstəriş verib.
Hurriyyet.az-a bu barədə övladı sözügedən təhsil ocağından oxuyan valideynlərdən biri məlumat verib.
Məlumata görə, göstəriş direktor vəzifəsini icra edən Tutu Hüseynova tərəfindən verilib. Müavini Səlim Hüseynov isə hər bir sinif rəhbərinə tapşırıq verib ki, hər şagirddən 4 manat toplanılsın.
Maraqlıdır ki, Tutu Hüseynovanın rəsmi olaraq direktor vəzifəsindən uzaqlaşdırıldığı bildirilsə də, hələ də öz işinin başında olduğu vurğulanır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Gəncə şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbində ümumillikdə 1710 şagird təhsil alır.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin məvqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















