Icma.az
close
up
RU
Qafur Məmmədov yük gəmisi əsaslı təmir olunub

Qafur Məmmədov yük gəmisi əsaslı təmir olunub

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzərdənkənar sularda istismar edilən "Qafur Məmmədov" quru yük gəmisi əsaslı təmir olunub.

ASCO-dan Operativ Media-ya verilən məlumata görə, İstanbulun Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin növbəti 5 illik istisamarı üçün zəruri olan bütün işlər yerinə yetirilib.

Proses çərçivəsində gəminin baş mühərrikləri əsaslı təmir edilib, iki ədəd köməkçi dizel generatoru isə qənaətcil və gəminin faktiki elektrik enerjisi tələbatı nəzərə alınaraq yenisi ilə əvəzlənib.

Bununla yanaşı, gəmidə mövcud olan digər maşın və mexanizmlərdə tələb olunan təmir işləri yerinə yetirilib. Boru sistemlərində borular dəyişdirilib, hərəkətverici vint-sükan qurğusu sökülərək, zavod şəraitində təmir edildikdən sonra yenidən gəmiyə quraşdırılıb. Bundan başqa, gəminin məişət fekal sistemləri və çənləri yenilənib. MARPOL konvensiyasının VI Əlavəsinə uyğun olaraq gəminin yanacaq sisteminə müvafiq dəyişikliklər edilib.

Heyətin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeməkxana və kayutlarda təmir işləri aparılıb, məişət sistemləri və divar panelləri yeniləri ilə əvəz olunub.

Eyni zamanda, quru yük gəmisinin sualtı hissəsində təmir işləri icra edilib, dəyişdirilməsi tələb olunan hissələr dəyişdirilib, gövdə hissəsi təmizlənib və boyanıb. Gəminin yük anbarlarında da metal dəyişdirilməsi, eləcə də təmizləmə və boyama işləri görülüb.

Qeyd edək ki, "Qafur Məmmədov" gəmisi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5 500 ton, uzunluğu 108, eni 16,5 metrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 30 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri