Məktəbdə qanlı insident: şagird müəllimə ox atdı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Çelyabinsk şəhərinin Leninski rayonunda yerləşən məktəblərdən birində fövqəladə hadisə baş verib.
Modern.az xəbər verir ki, yerli "74.RU" portalının məlumatında bildirilir ki, hadisə səbəbindən şagirdlər təcili şəkildə evə buraxılıb. Məktəbin ərazisinə təcili tibbi yardım briqadaları, fövqəladə hallar və polis əməkdaşları cəlb olunub.
Valideynlərin sözlərinə görə, məktəbdə oxuyan şagird müəllimə hücum edib və arbaletdən atəş açıb. Lakin atəş nəticəsində müəllim deyil, bir şagird yaralanıb.
Bildirilir ki, hadisəni törədən şəxs daha sonra məktəb binasının pəncərəsindən özünü atıb.
Şagirdlər həmçinin boğazda qıcıqlanma hiss etdiklərini bildiriblər. Ehtimal olunur ki, hadisə zamanı bibər qazı istifadə edilib. Qeyd olunur ki, bəzi şagirdlər bir müddət sinif otağında barrikada quraraq gizlənmək məcburiyyətində qalıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 26 Mart 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















