Icma.az
close
up
RU
Məktəbdə yox, bazarda işləsinlər! Sertifikasiyadan kəsilən müəllimlərə SƏRT MESAJ

Məktəbdə yox, bazarda işləsinlər! Sertifikasiyadan kəsilən müəllimlərə SƏRT MESAJ

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil".

Turkustan.az bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edir ki, həmin şəxslərə görə qaydaları yumşaltmaq doğru deyil:

"İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq - bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir.

Biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq. Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “aç qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır.

O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir, o, artıq bu peşədə yeri olmayan biridir. Sertifikasiya savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar.

Əgər bir müəllim “mən imtahandan kəsildim çünki suallar çətin idi” deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin. Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır.

Ac qalmasınlar deyə gələcəyimizi məhv edə bilmərik. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı bölüşün, evinizə aparın. Amma məktəblərdən kənarda saxlayın! Çünki məktəb sosial yardım yeri deyil, cəmiyyətin təməlinin qurulduğu məkandır. O təmələ savadsız, sistemsiz, öz üzərində işləməyən, kitab üzünü açmayan birini buraxmaq millətin məhvinə razı olmaq deməkdir.

Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. O ümidin qarşısına keçmək istəyən hər kəs, istər müəllim, istər valideyn, istər ictimai müdafiəçi bir şeyi anlamalıdır: Bu ölkədə gələcək, ancaq biliklə, bacarıqla, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları ya dəyişəcək, ya da təhsil sistemindən silinəcək!" /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri