Icma.az
close
up
RU
Məktəbdən sonra valideynlərə yeni XƏRC: Azı 300 manat

Məktəbdən sonra valideynlərə yeni XƏRC: Azı 300 manat

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məktəb xərclərinin ardınca valideynləri bu dəfə başqa bir mövsümi xərc gözləyir.

Havaların soyuması ilə uşaqlar üçün gödəkçə, palto, sviter, çəkmə, ayaqqabı və digər qış geyimlərinə tələbat artır.

Uşaqların sürətlə böyüməsi isə ötən ildən qalan geyimlərin yenidən istifadəsini hər zaman mümkün etmir. Beləliklə, bir uşağın qışa hazırlanması ailə büdcəsində kiçik görünən, lakin ümumilikdə ciddi məbləğə çatan xərclər yaradır. Bəs bu il qış geyimlərinin qiyməti valideynlərin cibinə nə qədər təsir edəcək? 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, payız-qış mövsümündə geyim və ayaqqabı qiymətlərində kəskin sıçrayışdan daha çox, mövsümi tələbin artması ilə müəyyən bahalaşma gözləmək olar: 

“Hazırda ümumi mənzərə də bunu göstərir: 2026-cı ilin yanvar-avqust aylarında qeyri-ərzaq məhsullarının qiymətləri illik 3,7 faiz artıb. Avqustda isə qeyri-ərzaq malları aylıq cəmi 0,1 faiz bahalaşıb və yay geyimlərində hətta ucuzlaşma qeydə alınıb. Bu, geyim bazarında hazırda güclü inflyasiya təzyiqinin olmadığını göstərir. Bununla belə, qış geyimləri üzrə ailənin faktiki xərci daha yüksək ola bilər. Çünki uşağa yalnız bir gödəkçə və ayaqqabı deyil, sviter, şalvar, alt geyimi, corab, papaq və digər əşyalar da alınır.

Dövlət Statistika Komitəsinin məlumatlarında 3-14 yaşlı uşaqlar üçün qış forması təxminən 38 manat, sviter və ya pulover 21 manat, cins şalvar isə 23 manata yaxın göstərilir. Lakin bunlar ayrı-ayrı məhsullar üzrə orta qiymətlərdir və tam qış dəstinin dəyəri deyil. Real bazar xərci uşağın yaşından və alınan məhsulların keyfiyyətindən ciddi asılıdır.

Orta qiymətli məhsullardan bir uşağın qış mövsümünə hazırlanması üçün təxminən 150-300 manatlıq büdcə lazım ola bilər. Ayaqqabı, keyfiyyətli qış gödəkçəsi və brend məhsullar seçildikdə, bu məbləğ 300-500 manata və daha yuxarı qalxa bilər. Buna görə çoxuşaqlı ailələr üçün mövsümün əvvəlində bu xərclər kifayət qədər ciddi maliyyə yükünə çevrilə bilər. Ümumi istehlak xərclərində geyim və ayaqqabının payı ərzaqla müqayisədə aşağıdır, amma ailənin gəliri azaldıqca və ya uşaq sayı artdıqca həmin xərcin büdcəyə təsiri artır”.

Ekspertin sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarətdə toxuculuq məhsulları, geyim və ayaqqabıya 5,6 milyard manat xərclənib və bu kateqoriyanın pərakəndə satışdakı payı 12,7 faiz olub: 

“Eyni zamanda, adambaşına orta aylıq pərakəndə alış-veriş 538,6 manat təşkil edib. Bu göstərici ailələrin bütün gəlirlərinin deyil, pərakəndə ticarətdəki orta alışlarının göstəricisidir və onu birbaşa ailənin geyim büdcəsi kimi qəbul etmək olmaz. Qiymət artımının qarşısını almaq üçün əsas mexanizm inzibati qiymət məhdudiyyəti deyil, bazarda rəqabətin gücləndirilməsi və idxal kanallarının genişləndirilməsi olmalıdır.

İdxalçıların sayının artırılması, gömrük və logistika xərclərinin optimallaşdırılması, mövsümi yarmarkaların və endirim kampaniyalarının genişləndirilməsi qiymət təzyiqini azalda bilər. Xüsusilə uşaqlar üçün sosial əhəmiyyətli qış geyimlərinin daha əlçatan olması məqsədilə aztəminatlı ailələrə ünvanlı dəstək mexanizmləri də tətbiq oluna bilər. Hazırda orta əməkhaqqının artımı da müəyyən kompensasiya yaradır: 2026-cı ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 1 176,7 manat olub və illik 7,2 faiz artıb”. 

İqtisadçı qeyd edib ki, eyni dövrdə ümumi inflyasiya 5,7 faiz, qeyri-ərzaq məhsullarında qiymət artımı isə 3,7 faiz olub: 

“Bu rəqəmlər göstərir ki, orta gəlirlər qiymətlərdən daha sürətlə artsa da, aşağı gəlirli və çoxuşaqlı ailələr üçün qış mövsümündə geyim xərclərinin yükü yenə də əhəmiyyətli olaraq qalır”. 

Aişə
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Sentyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri