80 nömrəli məktəbdən şikayət: “200 300 manat tələb olunur”
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Sosial şəbəkədəki anonim paylaşımda 80 nömrəli tam orta məktəbin direktoru barəsində iddialar irəli sürülüb.
“Yeni Sabah” xəbər verir ki, həm həmin təhsil müəssisəsində pedaqoq kimi çalışan, həm də övladı orada təhsil alan müəllim məktəb rəhbərliyinin pedaqoji heyətə və şagirdlərə kobud, alçaldıcı münasibət göstərdiyini bildirib.
Şikayətçinin sözlərinə görə, direktor hər il müxtəlif bayramlarda, o cümlədən 5 Oktyabr Müəllimlər Günündə hər müəllimdən 200-300 manatlıq zərf tələb olunur. BUndan başqa, Yeni İl, ad günləri, Zəfər Bayramı və Novruz kimi günlərdə də əməkhaqlarından məcburi pul yığılması üçün təzyiqlər edilir. Toyuqlu pizza
Müraciətdə rəhbərliyin müəllimləri şagirdlərin gözü qarşısında təhqir etdiyi, dərs zamanı sinfə daxil olaraq qışqırdığı və pedaqoji etikaya zidd ifadələrlə mənəvi təzyiq göstərdiyi qeyd olunub.
Yaranmış acınacaqlı vəziyyətdən həm müəllim kollektivinin, həm də valideynlərin ciddi şəkildə narazı olduğunu vurğulayan şikayətçi məsələnin rəsmi müstəvidə araşdırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət etməyə hazırlaşdığını diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















