Məktəbə gedən hər bir uşağa aylıq müavinət veriləcək 18 yaşına qədər KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Almaniyada dövlət məktəbə gedən 6 yaşından 18 yaşına qədər uşaqlara hər ay 10 avro pensiya dəstəyi verməyi planlaşdırır.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, sözügedən plan 2026-cı il yanvarın 1-dən həyata keçirilə bilər.
Proqram çərçivəsində məktəbə başlayan hər uşaq üçün dövlət 10 avro pensiya ayıracaq. Hər ay ediləcək bu ödənişlər hesabda saxlanılacaq. 18 yaşından etibarən isə istəyən hər kəs özü ödənişlərə davam edə bilər.
Lakin qanunlara görə, pensiya yaşına – 67-yə çatana qədər bu pula toxunmaq olmaz. İldə 6 faiz gəlir gətirəcək bu qənaət sayəsində bir şəxs 18 yaşına qədər 2 338 avroya (təxminən 4500 manat), pensiya yaşına çatdıqda isə 54 370 avroya (təxminən 105 min manat) sahib olacaq.


