Icma.az
close
up
RU
Məktəbin 3 müəllimi şagirdi döyüb? ŞİKAYƏT

Məktəbin 3 müəllimi şagirdi döyüb? ŞİKAYƏT

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Abşeron rayonunun Masazır kəndində yerləşən 2 saylı tam orta məktəbdə şagirdlərə qarşı fiziki zorakılıq olduğuna dair iddia irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə iki övladı həmin məktəbdə təhsil alan İnci Babayeva adlı validen "Facebook" sosial şəbəkə hesabında paylaşım edib. O, övladlarının dəfələrlə müəllimlər tərəfindən fiziki şiddətə məruz qaldığını bildirib:

“Masazır kənd 2 saylı məktəbdə artıq üçüncü dəfədir övladlarım fiziki şiddət görür. Bir dəfə oğlumu ədəbiyyat müəllimi vurdu, yaşlı olduğu üçün məsələni böyütmədim. Daha sonra bədən tərbiyəsi müəllimi onu qulağından dartdı, sinifin içində itələdi. Bununla bağlı direktora və Abşeron–Xızı Regional Təhsil İdarəsinin media nümayəndəsi Səbinə xanıma məlumat verdim, üzrxahlıq etdilər, məsələ bağlandı. Amma bu dəfə 6-cı sinif şagirdi olan qızım coğrafiya müəllimi tərəfindən kürəyindən və qolundan vurulub. Səbəb arxa partadakı uşaqların istəyi ilə onlara qayçı verməsi olub. Buna görə uşaq vurular?”

Valideyn bildirib ki, məsələni artıq hüquq-mühafizə orqanlarına da çıxarmağa hazırlaşır:

"Mən ölməmişəm ki, kimsə övladlarımə vura, incidə, alçalda. Mən 196 saylı məktəbdə belə şey görməmişəm! Döyüləsi şagird yoxdur, amma sizin təbirinizcə, mənim övladlarım "döyüləsi' şagird olsaydı, bundan qabaq gəldiyi məktəbdə də döyülərdi. Problem birbaşa məktəbin özündədir, idarə heyyətindədir". 

İnci Babayeva Elm və Təhsil Nazirliyinə də müraciət edərək məsələnin ciddi araşdırılmasını istəyib.

Məsələ ilə bağlı Abşeron–Xızı Regional Təhsil İdarəsinə müraciət etdik. Məsələnin araşdıracağı bildirildi. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri