Məktəbin ətrafı zibilliyə çevrilib ŞİKAYƏT
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xətai rayonu ərazisində yerləşən şəhid Ələkbər Əliyev adına 204 saylı məktəbin ətrafında hökm sürən antisanitar vəziyyət valideynlərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd edilib ki, hər gün onlarla uşaq bu zibilliyin içindən keçib məktəbə gedir. "Məktəbin həyətinin təmiz olmasına baxmayaraq, biz bu zibillikdən keçmək məcburiyyətindəyik. Heç bir aidiyyəti qurum buna baxmır. Yaşayış binasının önündə zibil qabı yoxdur deyə, hər kəs əlinə keçəni buraya atır. Hətta spirtli içki şüşələrini belə, - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ərazi artıq tullantılardan təmizlənib.
"Həmin ərazidə tərəfimizdən təmizlik işləri aparıldı. Ərazini nəzarətimizdə saxlayacağıq. Amma bəzən vətəndaşlar da əllərindəki zibili zibil qutularına qədər aparmağa tənbəllik edib birbaşa əraziyə atırlar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 14 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















