Icma.az
close
up
RU
Məktəbində pul yığıldığı deyilən direktordan CAVAB

Məktəbində pul yığıldığı deyilən direktordan CAVAB

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məktəbimiz və mənim haqqımda “şəryaxma” məlumat yayılıb. 

Məktəbimizdən hazırlanan reportajda bir "müəllim" ünvanıma şər və böhtan atıb. Özünü "müəllim" adlandıran həmin şəxs cinayətinə görə (müəllim yoldaşını bıcaqlamasına görə) həbs həyatını yaşayıb və təhsil sistemindən 4 dəfə qovulub, lakin saxtalaşdırılmış əmək kitabçasına və əmək sənədlərinə əsasən məhkəmə qərarı ilə yenidən məktəbə qaytarılmış şəxs idi. O şəxsi məktəb kollektivinin, valideynlərin və yerli sakinlərin israrı ilə məktəbdən uzaqlasdırdıq.

Bu səfər jurnalist məktəbimizdə guya direktor tərəfindən təmir üçün pul yığıldığı məlumatını araşdırmağa gəlmişdi.Müsahibə verən əksər valideynlər məktəbimizdə pul yığma halının olmadğını bildirdilər. Hərçənd ki, jurnalist məktəb ərazisinə BŞTİ-in razılığı olmadığı üçün buraxılmayıb və məktəb qarşısındakı küçədə edilən çəkilişdən bizim xəbərimiz yox idi.

Yalnız biir valideyn arxasını kameraya çevirərək müsahibəsində belə faktın olduğunu bildirib, lakin direktorun "guya xəbəri olmayıb" kəlmələrini əminsiz deyərək mənim bu işdən xəbərim olduğuna işarə edib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu 22 saylı məktəbin direktoru Azər Ələkbərov məktəbdə təmirə pul yığılması barədə məlumata münasibət bildirərkən deyib.

O deyib ki, BŞTİ-in və məktəb rəhbərliyinin razılığı olmadan, subardinasiya və Elm və Təhsil Nazirliyinin müvafiq əmrini, Təhsilverənlərin Etik Davranış Qaydalarını pozaraq bir riyaziyyat müəllimi də danışmış və "iş olmayan yerdə tüstü çıxmaz" deyib:

“Arxasını kameraya çevirib müsahibə verən valideyni məktəbə dəvət etdik.

Valideyni qarşılayarkən simasında və baxışında həyəcan və hardasa narahatlıq hissi var idi.Valideynlə söhbətdən sonra məlum oldu ki, iki övladı bu məktəbdə təhsil alır, bir övladı Vüsalə xanım İmaməliyeva, digəri Aynur xanım Almuradovanın sinfində.

İlk sualım o oldu ki, həmin siniflərdə pul yığılıb? 

Valideyn dərhal bildirdi ki, xeyr, heç Müəllimlər Günündə, 8 Martda sizin valideynlərə və müəllimlərə müraciətinizdən sonra heç kəs bizdən 1 qəpik belə tələb etmir.Sual verdim ki, bəs müsahibədə işarə etdiniz ki, təmirə pul yığılıb və direktorun necə xəbəri olmayıb.

Valideyn bildirdi ki, müsahibə tam getməyib: 

"Mən orada bildirdim ki, övladlarımın təhsil aldıqları siniflərdə pul yığılmayıb və bu məktəbdə belə hall olmayıb. Lakin darvazanın qabağında dayanan bəzi valideynlər mənə dedilər ki, bəzi siniflərdə pul yığma baş verib, mən onların sözünü dedim". 

Bir daha bildirdim ki, təmir deyilən abadlıq işləri bəzi siniflərdə həqiqətən olub, bu, əsasən ibtidai korpusda (məktəb ərazisindən 200-300 m aralıqda yerləşir) baş verib, amma mən xəbər tutan kimi, 8 Sentyabr səsyazmamda bu işləri dayandırıb qadağan etmişəm və bütün müəllimlərdən izahat alınıb, bir müəllim isə intizam tənbehi tədbirinə məruz qalıb.

Araşdırmamız göstərdi ki, o, bəzi "valideynlər" servis adlı avtobusun sürücüləri idi və onları dəfələrlə məktəbin iş rejiminə (şagirdləri vaxtından əvvəl dərsdən çıxarıb aparmaq istəklərinə və ya məktəbə daxil olub zəngin tez vurulmasını tələb etdiklərinə görə) müdaxiləyə, uşaqdaşıma qaydalarını kobud surətdə pozub qanunsuz fəaliyyətlərinə görə məktəb qarşısından kənərlaşdırdığimız üçün, məktəb rəhbərliyinə qarşı müntəzəm şəryaxma kampaniyası aparırlar.

O ki qaldı müsahibədə neqativ halı təsdiqləyən ikinci şəxsə - məktəbimizin riyaziyyat müəlliminə, onu da dəvət edib hansı siniflərdə pul yığıldığını soruşduq. Cavab olaraq, məktəbdə, müəllimlər, şagirdlər və valideynlər arasında yaxşı tanınan bu müəllim öz dərs cədvəlini masamın üzərinə qoyub cədvəlinin ona uyğun şəkildə dəyişilməsini tələb etdi.

Yəni özünü müəllim adlandıran bu şəxs dəfələrlə hər il öz dərs yükünün, cədvəlinin davasını edərək hələ bilmir ki, bütün Azərbaycanda dərslər 15 sentyabrda başlayıb və cədvəl çoxdan təsdiq olunub divardan asılib”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri