Icma.az
close
up
RU
Xırdalanın bu məktəbində müəllimlər üçün pul yığılır

Xırdalanın bu məktəbində müəllimlər üçün pul yığılır

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə təhsil müəssisələrində valideynlərdən pul yığılması ilə bağlı dəfələrlə şikayətlər səsləndirilib. İstər bağçalarda, istər məktəblərdə bu hallar valideynlərin narazılığına səbəb olur. Baxmayaraq ki, Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dəfələrlə xəbərdarlıq edərək belə halların qəti şəkildə qadağan edildiyini bildiriblər, oxşar hallar hələ də müşahidə olunur.

Missiya.Az-a daxil olan məlumata görə, bu dəfə Xırdalan şəhəri 2 saylı tam orta məktəbin 7 “B” sinfində valideynlər ciddi narazılıq içindədir.

 Valideynlərin sözlərinə görə, sinif rəhbəri Roza müəllim "valideyn komitəsinin rəhbəri" kimi Aynurə Hümbətovanı təyin edib və onun vasitəsilə valideyinlərdən pul yığır. 

Adının çəkilməsini istəməyən digər valideyn açıqlamasında deyib: “Komitə rəhbərini Roza müəllim özü seçib, kart da onun adınadır. Kim kartına pul atmırsa, o valideynin uşağına qarşı ayrı-seçkilik edilir. Bir məsələ də varki, məktəb başlamamışdan əvvəl bizə şərt qoydular ki, gündəlik almayın, onu da sinif rəhbəri alacaq, pulu ona ödənəcək.  15 sentyabr Bilik Günü ilə bağlı da 5 manatdan pul yığılıb, sinif rəhbərinə gül alınıb. Bu da canfəşanlıq edən komitə rəhbərinin əməlləridir.

Valideynlər qeyd edirlər ki, məktəbdə bəzi müəllimlər isə fərdi yığımı üstün tutaraq, valideynləri tək-tək pul verməyə məcbur edirlər. Çünki ayrı ayrılıqda pul veriləndə məbləğ də yüksək olur. 

Xatırladaq ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində açıqlama yayıb. Açıqlamada vurğulanır ki, müəllimlərə hər hansı maddi və qeyri-maddi hədiyyələrin verilməsi, pul yığılması və oxşar hallara yol verilməsi qəti şəkildə qadağan edilir. Qaydalara əsasən, məqsəd təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, valideynlərlə müəllimlər arasında düzgün münasibətlərin qurulması və sağlam iş mühitinin qorunmasıdır.

Həm məktəb rəhbərliyi, həm müəllimlər, həm də valideynlər bu məsələdə aktiv olmalı, hər hansı neqativ hallara rast gəldikdə dərhal müvafiq qurumlara müraciət etməlidirlər ki, təhsil müəssisələrində ədalətli və təhlükəsiz mühit təmin olunsun.

Təəssüflər olsun ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xəbərdarlığına məhəl qoymayan məktəblər hələ də var.

Fikrimizcə, agentliyin əməkdaşları otaqda oturmaqla işini yekunlaşdırmamalı, ictimaiyyətlə işləməli, müvafiq müraciətlərə baxmalıdır. Məktəblərdə valideyinlərdən hərdən bir bəhanə ilə pullar alınır, bununla bağlı addımlar atmalıdırlar...  

Seyranə Quliyeva
Missiya.Az



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://missiya.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri