Icma.az
close
up
RU
“Məktəblər bağlansa, kəndlər boşalacaq” Nazirlə ekspert yenə üz üzə gəldi

“Məktəblər bağlansa, kəndlər boşalacaq” Nazirlə ekspert yenə üz üzə gəldi

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Aparılan təhlilər və tədqiqatlar göstərir ki, şagird sayı az olan məktəblərdə tədris göstəricisi o qədər də yaxşı deyil. Hazırda bu göstəricilər buraxılış və qəbul nəticələrinə uyğun olaraq hesablanır. Statistikaya əsasən, Dövlət İmtahan Mərkəzinin qeyd olunan imtahanlarında ucqar kənd məktəblərinin nəticələri o qədər də qənaətbəxş olmur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

Onun fikrincə, amma bu göstəricilər həmin məktəblərin bağlanması üçün əsas olmamalıdır:

“Əksinə, alternativ yollar araşdırılmalıdır. Hər bir kənd məktəbi bir növ mədəniyyət mərkəzi rolunu oynayır. Həmin məktəblər insanların kəndə bağlılığını təmin edən əsas vasitələrdən biridir. Hazırda şagird sayı az olan məktəblər əsasən Quba, Qusar, Lerik kimi rayonlarda yerləşir. Bəzi kəndlərdə cəmi 5-6 ev qalıb. Əgər bu məktəblər bağlansa, həmin kəndlər tam boşalacaq”.

Kamran Əsədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəbli avtobuslarının təşkili ilə problemi həll etməyə çalışsa da, bu, ucqar ərazilərdə mümkün deyil:

“Çünki həmin bölgələrin nəqliyyat infrastrukturu zəifdir. Qusarın və ya Lerikin dağ kəndlərində qış aylarında nəqliyyatın hərəkəti mümkünsüz olur. Təhsil sahəsinə kifayət qədər vəsait ayrılsa da, dağlıq və dağətəyi ərazilərdə məktəblərin bağlanması düzgün addım deyil. Biz yalnız imtahan üçün deyil, vətəndaş yetişdirmək üçün çalışmalıyıq”.

Ekspert bildirib ki, bəzi cənub bölgələrində bağlanan məktəblərin köçürülmə prosesi hələ də yekunlaşmayıb:

“Davamiyyətlə bağlı da çətinliklər qalır. Nazirlik düşünür ki, 10 şagirdi olan məktəblə 200 şagirdi olan məktəbə eyni məbləğdə vəsait ayrılır. Amma dövlətin öhdəliyi var və təhsilə ayrılan maliyyə vəsaitinin çoxluğundan çəkinmək olmaz. Necə ki, futbol üçün vəsait ayrılır, amma nəticə yoxdur. Əsas məqsəd savadlı, cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirmək olmalıdır”.

Kamran Əsədov həmçinin əlavə edib ki, şagird sayı az olan məktəblərin bağlanması əvəzinə onların maddi-texniki bazası gücləndirilməli, savadlı müəllimlər yüksək maaşla həmin məktəblərə cəlb edilməlidir:

“Bu, həm tədrisin keyfiyyətini artırar, həm də bölgələrin boşalmasının qarşısını alar. Musiqi, idman və təsviri incəsənət fənləri üzrə qabiliyyətlər məktəbdən deyil, fərdi bacarıqlardan qaynaqlanır. Bilik və bacarıq fərqlidir, biz isə ilk növbədə şagirdlərə bilik verməyi bacarmalıyıq”.

Qeyd edək ki, Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. O həmçinin əlavə edib: “Bütün məktəbdə 10 nəfər şagird, hər sinifdə isə 2 şagird varsa, ona necə musiqi dərsi keçək, xorda oxumağı, kollektiv oyunu necə öyrədək? Bu uşaq məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Başa düşürəm ki, orada 10 nəfər təhsil alanda 20 nəfərin işi olur. Amma bizim işimiz təhsilin keyfiyyətini qaldırmaqdır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri