Icma.az
close
up
RU
Məktəblər bağlanır: Kəndlər boşalır, risklər artır

Məktəblər bağlanır: Kəndlər boşalır, risklər artır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keçən il Azərbaycanda ləğv edilən və fəaliyyəti dayandırılan məktəblərin sayı məlum olub. 

Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb. Qeyd edilib ki, ötən il ümumilikdə 115 müəssisə (86 ləğv, 10 fəaliyyəti dayandırılan, 19 tipi dəyişən) ümumi təhsil müəssisələrinin optimallaşdırılması siyahısına daxil edilib. 

Gələcəkdə tabeliyi dəyişəcək 45 Qarabağ və 20 Şərqi-Zəngəzur müəssisəsi üzrə aidiyyəti qurumlara müraciət edilib, ictimaiyyətlə kommunikasiya planı hazırlanıb və 5 illik strateji optimallaşdırma planı üzərində iş aparılıb. 

Qeyd edək ki, artıq son illər ölkədə bəzi məktəblərin optimallaşdırılması ilə bağlı məsələ müzakirə mövzusudur.

Bəzi mütəxəssislər əsasən bölgələrdə olan həmin məktəblərin bağlanmasını doğru addım hesab etsə də, bəzi təhsil ekspertləri bununla razılaşmır. Məktəblərin sayını artırmaqdansa, bağlamaq çıxış yoludurmu? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Cebheinfo.az"-a bildirib ki, məktəblərin optimallaşdırılması məsələsi, çox vaxt məktəbləri bağlamaq çıxış yoludurmu kimi sualı gündəmə gətirir: 

"Əslində burada məqsəd məktəbləri bağlamaq deyil, resursların daha yaxşı idarə olunmasıdır. Ancaq düzgün yanaşma olmadıqda, optimallaşdırma da sosial narazılıq, təhsilin əlçatanlğı və regionların boşalması kimi risklər yarada bilər. Məktəblərin sayını artırmaq, yoxsa azaltmaq məsələsinə gəldikdə, o vaxt anlaşma məntiqli sayılır ki, orada şagird sayı çox azdır. 

Məsələn, bəzi kənd məktəbləri var ki, 1-6 nəfər şagird olmaqla məktəb saxlanılır. Bu halda keyfiyyətli müəllim cəlb etmək çətinləşir, fənn tədrisi parçalanır, sinif bütövlüyü mümkün olmur. Məsələn, əgər bir tarix müəllimin 7-ci sinifdə 3 şagird, 1 şagird 11-ci sinifdə varsa, o nə maaş alacaq?

Ümumiyyətlə, oraya müəllim cəlb etmək mümkün olacaqmı? Burada əsas problem budur. Daha sonra optimallaşma ona görə məntiqli sayılır ki, təhsil keyfiyyəti təmin edilə bilmir. Yəni bir çox fənn üzrə müəllim yoxdur. 

Yaxud orada aparıcı fənnlər, kimya, fizika, riyaziyyat, yaxud laboratoriya, idman zalı, rəqəmsal infrastruktur yoxdur. Həmçinin eyni ərazidə paralel məktəblər var. Bu vaxt optimallaşma məntiqli olacaq. 

Yəni bir-birinə yaxın 2-3 məktəbin əvəzinə daha müasir bir məktəbin gücləndirilməsi daha səmərəlidir. Həmçinin logistika təmin olunursa, yəni məktəbli avtobusu sistemli işləyərsə, şagirdlər təhlükəsiz daşınırsa və məktəbdə şagird sayı azdırsa, optimallaşma niyə də olmasın. 

Optimallaşma həm iqtisadi, həm də pedoqoji baxımdan məqsəduyğun hesab olunursa, həyata keçirilir. Məktəbi bağlamaq o zaman çıxş yolu olmaz ki, alternativ yoxdur. 

Məsələn, kəndlərarası məsafə uzun olarsa, yol şəraiti zəifdir, məktəbin bağlanması şagirdlərin tamamilə təhsildən ayrılması ilə nəticələnəcəksə, yaxud əhali sayı azdır, ancaq geri dönüş potensialı varsa, burada məktəbi bağlamaq strateji səhv olar". 

Ekspertin sözlərinə görə, bundan başqa, regional inkişaf siyasəti ilə ziddiyyət təşkil edərsə, məktəb bağlanması kəndin boşalmasını sürətləndirirsə, kənf funksionallığını itirərsə, bu halda ziddiyyət təşkil edir, məktəbi bağlamaq olmaz: 

"Həm də infrastrukturun yenilənməsi əvəzinə, məktəbin bağlanması seçilərsə, bu da doğru deyil. Ümumiyyətlə, məktəbi bağlamaq mümkün olmadıqda, kiçik məktəb modeli də tətbiq etmək olar. Yəni 6-20 şagirdlik məktəb üçün bir müəllim bir neçə fənn, yaxud rəqəmsal tədris sinifləri, inteqrasiya olunmuş dərslər ola bilər. 

Məsələn, onlayn dərslərdən istifadə etmək olar. Şagirdlər hansısa dərslərə digər məktəbin müəllimlərinə onlayn qoşula bilərlər. Rəqəmsal və hibrid təhsil imkanları buna görə də genişləndirilməlidir. Bu zaman istər-istəməz kiçik məktəblərin bağlanmasına ehtiyac yaranmır. 

Ümumiyyətlə, məktəbi bağlamaq çıxış yolu deyil. Bu yalnız şagird sayı çox az, resurs çatışmayan və alternativ təhsil imkanları təmin edilən ərazilərdə rasional qərardır. Əks halda bu, təhsil əlçatanlığını azalda, regionların boşalmasını sürətləndirə, sosial risklər yarada bilər". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: məktəblər Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Mart 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri