Icma.az
close
up
RU
Məktəblər kişi yetişdirə bilmir Psixoloqdan ŞOK AÇIQLAMA

Məktəblər kişi yetişdirə bilmir Psixoloqdan ŞOK AÇIQLAMA

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Məktəb insanlara daha çox iki şey verib: təhsil və sosial bacarıqlar".

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova "Cebheinfo.az"-a açıqlamasında deyib.

Onun sözlərinə görə, günümüzdə isə məktəblər sadəcə 20-30 faiz səviyyəsində təhsil verir:

"Bu gün kurslar və ya fərdi müəllimlər daha yaxşı təhsil verir. Hətta deyərdim ki, məktəb təhsil vermə funksiyasını böyük ölçüdə itirib. Hazırda Azərbaycan təhsil sistemində valideynlər müəllimdən və məktəb direktorundan daha nüfuzludurlar, hətta şagirdən artıq məktəbi istifadə edirlər. 

Daha dəqiq desək, bunu edən analardır. Bir növ valideynlər məktəbin idarəsində sanki daha önplana çıxırlar. Valideynlərlə birgə iş zamanı anaların müdaxilələri ilə təhsil artıq qadınların idarəsinə çevrilib".

Ekspertin fikrincə, belə olan halda isə uşaqların fərdi bacarıqlarının inkişafı məhdudlaşır:

"Buna səbəb hazırda təhsilin hansısa proqram əsasında deyil, bəzi şəxslər üzərindən davam etməsidir. Hazırda təhsil sistemindəki vahid yanaşma prinsipi icra olunmur. Yəni proqramın gedişatına deyil, müəllimlərin xarakterinə görə dərslər keçirilir. Uşaqlarımız proqramın parçası olmaq yerinə, hansısa şəxsin yenilənmiş formasına bənzəyirlər. 

Belə olan halda isə oğul övladı böyütmək daha çətin olur. Çünki məktəblər kişi yetişdirə bilmir. Hətta məktəbdə işləyən kişi müəllimlər belə qadınlarla baş etməyin çətin olduğunu deyərək istefa verirlər. 

Nəticə etibarilə, yeniyetmə illəri bütövlükdə məktəb dönəminə düşən oğlan uşaqlarının rol model kimi müşahidə edəcəkləri şəxslərin sayı olduqca azalır. 

Xanım müəllimlərin təhsildə üstünlük təşkil etməsi deyil. Əsas problem təhsilin nəzarətsizliyidir".

Əfsanə Rüstəmova bildirib ki, valideynlərə işbirliyinin müsbətdən daha çox mənfi nəticələri özünü göstərir:

"Hansı valideyn güclüdürsə, onun vasitəsilə idarə olunur. Bunu görmək üçün məktəbə yox, uşaq psixoloqlarına müraciət etmək kifayətdir. Onlar məktəbdəki vəziyyətlə bağlı uşaqlardan aldığı səmimi hissləri birbaşa ötürə bilərlər.

Ona görə də təhsil sistemində dəyişikliklər olunmalıdır. Hazırda uşaqlar fərqli mühitdə böyüyürlər və müxtəlif resurslara sahibdirlər. Əvvəl məktəbin verdikləri şagirddən təəccüb, maraq və kəşfetmə duyğusu yaradırdı. 

İndiki dövrdə isə məktəbin verdiyi hər şeyi uşaq gəlmədən artıq hazırlıqlardan və ya internetdən öyrənir. Ona görə də məktəb bu mövzuda aktuallığını itirib.

Valideynlər məktəbə müdaxilə etdikdən sonra müəllimlər gücünü itirdilər".

Psixoloq diqqətə çatdırıb ki, məktəb normal təhsil versəydi, uşaqlar hazırlıqlara getməzdilər:

"Uşaqlar ailədən daha çox cəmiyyətlərdə böyüyürlər. Əvvəl fərqli ailələrdən gələn uşaqlar vahid yanaşma altında birləşirdilər. 

Onların bir-birilə uzlaşması və təhsilin keyfiyyətinin yüksək olması nəzərə çarpırdı. İndiki halda isə tərbiyə və ya sosial adaptasiya tamamilə valideynlərin ixtiyarındadır. 

Onlar da hər biri fərqli elmi və dünya görüşünə sahibdirlər. Ona görə də məktəblə bağlı belə vəziyyət yaranıb". 

Elmir Mustafa
"Cebheinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Fevral 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri