Icma.az
close
up
RU
Süni intellektlə dərdləşmək insanı rahatladır? Psixoloqdan ŞOK AÇIQLAMA

Süni intellektlə dərdləşmək insanı rahatladır? Psixoloqdan ŞOK AÇIQLAMA

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son zamanlar süni intellektə maraq kifayət qədər artıb. 

Belə ki, gün ərzində süni intellektlə danışan, onunla məsləhətləşən, hətta hər dərdini robotla bölüşən insanlar var. Onlar süni intellektə bir növ dost və ya psixoloq kimi yanaşırlar. Bu isə bəzi ehtimalları gündəmə gətirir. Bir çoxu düşünür ki, süni intellekt gələcəkdə bir çox sahə kimi psixoloqların da peşəsini ələ keçirə bilər. 

Maraqlıdır, belə bir ehtimal nə dərəcədə realdır? Süni intellekt həqiqətən psixoloqları əvəzləyə bilər? 

Mövzu ilə bağlı psixoloq İlhamə Mustafayeva "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, süni intellekt sadəcə hər hansısa məlumat almaq üçün lazım olur:

"Mən süni intellektdən istifadə etmirəm, ondan istifadəni də məsləhət görmürəm. Əslində, süni intellekt insanla sadəcə söhbət edir, ona hansısa məsləhət və ya psixoloji dəstək vermir. Süni intellekt yüklənmiş proqramlar əsasında hazır cavablar verir. Yəni onun imkanları məhduddur və bizim kimi düşünə, insan hisslərini bilə bilməz". 

Onun sözlərinə görə, süni intellektdən istifadə edən insanlar özlərini aldadırlar: 

"Süni intellektlə danışan şəxslər boş yerə vaxtlarını itirirlər. Düşünürəm ki, süni intellektlə danışmaq hansısa müsbət nəticə verməyəcək. Nəyisə dəftərə və ya kağıza yazmaqla, süni intellektlə demək arasında hansısa fərq yoxdur. Əksinə, kağıza yazmaq şəxsi daha çox sakitləşdirər. Bunu etdikdən sonra kağızı yandırsalar, daha çox rahatlaşarlar. Ümumiyyətlə, süni intellektlə mütəmadi şəkildə yazışmaq insanı sağaltmaq əvəzinə daha pis vəziyyətə sala, psixologiyasına mənfi təsir göstərə bilər. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır". 

İlhamə Mustafayeva hesab edir ki, süni intellekt psixoloqları əvəz edə bilməz: 

"Mən süni intellektin psixoloqları əvəz edəcəyini və ya peşələrini əllərindən alacağını düşünmürəm. Çünki süni intellektin duyğu və hissi yoxdur. Onun üçün sevgi, mərhəmət və ya dostluq kimi anlayışlar mövcud deyil. Üstəlik, süni intellekt insanları psixoloji olaraq sakitləşdirə də bilməz". 

Həmsöhbətimiz qeyd edib ki, süni intellektə sadəcə duyğuları olmayan insanlar yaza bilər:

"Emosional cəhətdən ünsiyyətə ehtiyacı olan insanlar ona yazırlar. Yəni gələcəkdə psixoloq əvəzinə süni intellektə müraciət edən insanların emosiyaları olmayacaq. Onsuz da hissi olmayan insanın da psixoloqa müraciət etməsi sual altındadır. Psixoloqa yalnız qəlbi və hissi olan insanlar müraciət edir". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Psixoloq İlhamə Mustafayeva süni intellekt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Mart 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri