Məktəblər nəzarətə götürüldü
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, əsasən, avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəblilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.
İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq manitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetafor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir.
Baxış sayı:64
Bu xəbər 11 Sentyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















