Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Məktəblər tətildə, “rəqəmsal məktəblər” fəaliyyətdədir

Məktəblər tətildə, “rəqəmsal məktəblər” fəaliyyətdədir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay düşərgələri də uşaqlara mənalı günlər bəxş edir

Müasir dövrdə gənc nəslin asudə vaxtının təşkili forması da dəyişib. Vaxtilə  təbiətin qoynunda keçən ənənəvi düşərgələr  indi, demək olar ki, yoxdur. Hazırda  məktəblilər  üçün tamamilə fərqli  layihələr həyata keçirilir.

Elm və Təhsil Nazirliyindən bildirildi ki, cari ildə yay məktəblərinin fəaliyyəti nəzərdə tutulmayıb. Bununla belə, təhsil sistemində innovativ həllərin tətbiqi və rəqəmsallaşma prosesi uğurla davam etdirilir. Bakı şəhərində fəaliyyət göstərən 354 dövlət ümumtəhsil məktəbində “Rəqəmsal məktəb” platforması tətbiq edilir.

Bu platforma rəqəmsal mühitdə tədris, ünsiyyət və əməkdaşlıq imkanlarını vahid sistemdə birləşdirir. Statistikaya əsasən, hazırda bu sistemdən 543 mindən çox şagird, 360 mindən artıq valideyn və 44 mindən çox pedaqoji heyət üzvü olmaqla, ümumilikdə,  900 mindən çox istifadəçi  faydalanır.

Sistem vasitəsilə şagirdlər, müəllimlər, valideynlər və məktəb rəhbərliyi  qarşılıqlı əlaqə və məlumat mübadiləsini operativ şəkildə həyata keçirirlər. “Rəqəmsal məktəb” platformasının əsas məqsədi ümumtəhsil müəssisələrində tədris prosesinin elektron idarə olunmasını təmin etmək, müəllim-şagird-valideyn əməkdaşlığını gücləndirmək,təhsil sistemində şəffaflığı artırmaqdır.

Təhsil sahəsində rəqəmsallaşma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə yanaşı, yay aylarında məktəblilərin  asudə vaxtının səmərəli keçməsi də mühüm əhəmiyyət kəsb edir. Gənclər və İdman Nazirliyindən verilən rəsmi məlumatda bildirilir ki, nazirlik il ərzində müxtəlif istiqamətlər üzrə yay düşərgələri təşkil edir. Düşərgələr yalnız ümumi təhsil müəssisələrinin şagirdlərini deyil, müxtəlif yaş kateqoriyalarını da əhatə edir. 

8–14 yaş qrupu üçün yay düşərgələri hər il, əsasən, iyun–avqust aylarında Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunur. Bu düşərgələrdə şəhid və qazi övladları, həssas sosial qruplara aid və aztəminatlı ailələrdən olan, o cümlədən regionlarda yaşayan uşaqlar iştirak edirlər.

Düşərgələr yay ayları ilə məhdudlaşmır. İl ərzində  ölkənin fərqli bölgələrində və hərbi-vətənpərvərlik, liderlik, süni intellekt, milli dəyərlər və adət-ənənələr, könüllülük, inklüzivlik, sosial məsələlər, məşğulluq, şəxsi inkişaf, natiqlik, sağlam həyat tərzi, yaradıcılıq və digər istiqamətlərdə düşərgələr təşkil olunur.

Bu barədə məlumatlar nazirliyin və tabeli qurumların rəsmi sosial media hesablarında paylaşılır, gənclər və idman idarələri, Gənclər evləri vasitəsilə ictimaiyyətə təqdim olunur. Bir çox düşərgələrdə isə  qeydiyyat açıq müraciət əsasında aparılır. İştirak və seçim meyarları  düşərgənin məqsəd və istiqamətindən asılı olaraq dəyişir. İxtisaslaşmış və ya tematik düşərgələr üzrə əlavə tələblər müəyyən oluna bilər. 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ölkəmizdə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də regionlarda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə ənənəvi olaraq V “Cyber Summer School 2026”  adlı kiber yay düşərgəsi təşkil edir. Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetinin  tərəfdaşlığı ilə keçirilən bu layihə bu ilin 6-11 iyul tarixlərində ilk dəfə olaraq məhz  Mingəçevir şəhərində baş tutub.

Qurumdan verilən məlumatda qeyd olunur ki, artıq beşinci dəfə təşkil olunan düşərgənin əsas missiyası kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqlara malik yeniyetmə və gənclərin peşəkar inkişafına dəstək vermək, onların praktiki təcrübəsini artırmaq və regionlarda yaşayan gənclər üçün təhsil imkanlarının genişləndirilməsinə töhfə verməkdir. Beynəlxalq miqyasda da yüksək qiymətləndirilən bu layihə İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin “Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024” beynəlxalq müsabiqəsində “Kibertəhlükəsizlikdə innovasiya – tərəqqi və rifah naminə” nominasiyası üzrə qalib seçilib.

Bu il ölkənin 60 şəhər və rayonundan seçilmiş 100-dən artıq yeniyetmə və universitetlərdə yaradılmış Kiber Klub üzvləri Mingəçevirdə bir araya gəliblər. İştirakçılar üçün şəbəkə və veb təhlükəsizliyi, kibermüdafiə metodları, rəqəmsal təhdidlərin aşkarlanması kimi aktual mövzularda təlimlər keçirilib. 

Əlbəttə, yeni dövrün tələbləri ilə ayaqlaşmaq, gənclərin enerjisini və marağını texnologiyaya, elmi və sosial layihələrə yönəltmək  mütərəqqi  addımdır. Lakin bütün bu yeniliklərin  fonunda dəyişməz qalan bir həqiqət var: istər rəqəmsal mühitdə, istərsə də təbiət qoynunda, hər bir uşağın bərabər inkişaf imkanlarına sahib olması  təbii haqqıdır. Axı yay tətili uşaqlar üçün, sadəcə,  dincəlmək müddəti deyil, həm də gənclərin  bir-birini tanıdığı, paylaşmağı və birgə addımlamağı öyrəndiyi  dövrdür. Bu baxımdan, istər  rəqəmsal layihələr, istərsə də  kiber yay məktəbləri gələcək nəsillərə təkcə bilik və bacarıq verməməli, həm də onlara fərq qoymadan unudulmaz dostluqlar və ortaq dəyərlər qazandırmalıdır. 

F.ƏLİYEVA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri