Icma.az
close
up
RU
Məktəblərdə bıçalanmalar artıb: Sosioloq kimin günahkar olduğundan danışdı

Məktəblərdə bıçalanmalar artıb: Sosioloq kimin günahkar olduğundan danışdı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə məktəblini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosuna bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhərin Məhsəti qəsəbəsindəyerləşən 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.

Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.


Mövzuya münasibət bildirən sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, bu kimi hadisələr son vaxtlar artmaqdadır:


“Əksər məktəblərimizdə buna oxşar hadisələr tez tez baş verir. Bunun əsas səbəbi isə valideynlərdir. Valideynlər son illər övladlarını çox ərköyün şəkildə böyüdürlər. Yəni hər bir istəkləri alınır, hər bir arzuları həyata keçirilir.  Müşahidələrimə əsasən bəzi ailələrdə uşaqlar bıçaqla oynamağı sevirlər və valideyn buna göz yumur. Bu gün əgər valideyn uşağının  soyuq silah ilə oynamasına göz yumursa, sabah həmin o uşaq bıçağı özüylə bağçaya, məktəbə və digər yerlərə aparacaq. Bu zaman kimləsə sözü çəp gələndə həmin bıçaqdan soyuq silah kimi istifadə edəcək.Bıçağın istifadə edilməsini təbii ki, valideynlərindən öyrənirlər. Digər tərəfdən hər bir cizgi filminə baxmağı uşaqlar üçün açıq elan ediblər. Əslində valideyn cizgi filmlərini uşağa təqdim etməzdən əvvəl özü baxmalıdır. Əgər yararlıdırsa ona göstərməli, yararlı deyilsə, uşağın həmin cizgi filminə  baxması qadağan olunmalıdır. Dəhşət saçan xarici cizgi filmlərini uşaqların qarşısına qoyuruq, və ona baxaraq  aqressiyanı mənimsəyirlər. Xüsusilə yeniyetmə yaşında olan oğlan uşağının qanının oyandığı dövrdə ailədə aldığı tərbiyəni bağçada da, məktəbdə də nümayiş etdirəcək. Son dövrlər, bu kimi hadisələrin çox baş verməsinin səbəblərindən, digəri isə məktəblərdə psixoloqlar tərəfindən işin düzgün şəkildə, qurulmamasıdır. Uşaqlarla vaxtaşırı işlər aparılsa, məktəbə soyuq silahın, telefonların, digər vasitələrin gətirilməməsi ilə bağlı maarifləndirici tədbirlər keçirilsə, uşaqlarda bu vasitələrdən istifadə edə bilməzlər. 20-30 il bundan əvvəl valideynlər uşaqlarla çox məşğul olur, onlara çox vaxt ayırırdılar. Uşaqlar onlar üçün həyatlarının birinci dərəcəli işi idi. İndi isə uşaqlar valideynlər üçün həyatın üçüncü, beşinci dərəcəli işi olub. Belə olan təqdirdə də belə hadisələrlə rastlaşırıq. Şəhərdəki məktəblərin birində belə hadisənin baş verməsi yaxşı olmayan bir haldır. Yəqin ki, hüquq mühafizə orqanları tərəfindən tədbir görüləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri