Icma.az
close
up
RU
“Belə faktların artması bəzi məktəblərdə mənəvi dəyərlərin zəiflədiyini göstərir” SOSİOLOQ

“Belə faktların artması bəzi məktəblərdə mənəvi dəyərlərin zəiflədiyini göstərir” SOSİOLOQ

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə sosial şəbəkələrdə şagirdlərin intim görüntülərinin paylaşılması cəmiyyətdə dərin narahatlıq doğuran hallardan birinə çevrilib.

Belə hadisələrin artması təkcə azyaşlıların psixoloji durumuna deyil, həm də cəmiyyətin mənəvi dəyərlər sisteminə mənfi təsir göstərir.

Bəs bu vəziyyətin əsas səbəbləri nələrdir? Şagirdlərin belə təhlükələrlə üzləşməsində valideynlərin rolu nə dərəcədə önəmlidir? Və ən əsası – bu təhlükənin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Naib Niftəliyev bildirib ki, şagirdlərin sosial şəbəkələrdə yayılan etikadan kənar görüntələrinin qarşısını almaq üçün internetdə və onlara verilən elektron cihazlarda yaşa uyğun məhdudiyyətlərin tətbiqi vacibdir.

“Bu, ilk təsadüfi hal deyil. Vaxtilə də şagirdlərin etik qaydalardan kənar davranışlarını əks etdirən görüntülər yayılıb. İmtahan dövrlərində və ya müxtəlif hallarda yeni nəslin normadan kənar hərəkətləri ilə bağlı videoların internetdə yayılmasına dəfələrlə şahid olmuşuq. Yəni bu, yeni tendensiya deyil.

Bu cür hallar arzuolunan olmasa da, faktların artması bəzi məktəblərdə mənəvi və etik dəyərlərin zəiflədiyini göstərir

Düzdür, məktəblərdə müəyyən nəzarət mexanizmləri, kamera sistemləri mövcuddur. Lakin sosial şəbəkələrə çıxışın asanlaşması, eləcə də zarafat və ya zorakılıqla müşayiət olunan bullying və mobbing hallarına meylin artması, ümumilikdə cəmiyyətdə yaşanan mənəvi böhranın təzahürüdür.

Bu kimi halların qarşısını almaq üçün bütün cəmiyyətin sağlam qüvvələri – valideynlər, müəllimlər, pedaqoqlar və eləcə də sadə insanlar – diqqətini bu məsələyə yönəltməlidir”.

Sosioloqun sözlərinə görə, bu cür davranışlar gələcək nəsillərin formalaşmasına mənfi təsir göstərir, gələcəkdə mənəvi baxımdan problemlərin yaranmasına və idarə olunması çətin gənclik qruplarının formalaşmasına səbəb ola bilər.

“Görüləcək tədbirlərin dairəsi genişdir və kompleks yanaşma tələb edir. İlk tədbirlərdən biri maarifləndirmənin gücləndirilməsidir. Bu prosesə idmandan başlamaq mümkündür – bu, həm sadə, həm də effektiv addımlardan biridir. Digər tərəfdən, şagirdləri təhsil və peşə yönümlü fəaliyyətlərə, faydalı məşğuliyyətlərə daha çox cəlb etmək vacibdir.

Mən düşünmürəm ki, sosial şəbəkələrə çıxışı tam məhdudlaşdırmaq mümkündür və bu, doğru yanaşmadır. Ümumiyyətlə, etik davranış, tərbiyə və təlimlə bağlı diqqət artırılmalı və gücləndirilməlidir. Eyni zamanda internetdə, onlara verilən telefonlarda, smartfonlarda və kompüterlərdə yaşa uyğun məhdudiyyətlərin tətbiqi məqsədəuyğundur. Yaş limiti mütləqdir və onlayn davranış etikası müvafiq qanunvericiliklə də tənzimlənə bilər.

Düşünürəm ki, çıxış yolları var. Sadəcə, biz yetkinlərin riskli davranışlarını diqqətdən kənarda saxladıqca, belə halların artması təbii hal kimi görünə bilər. Burada “təbii” ifadəsini şərti mənada işlədirik, çünki əslində belə olmamalıdır.

Bu nəzarəti gücləndirməklə, ictimai qınağı artırmaqla, yeni yetkinlərə sosial məsuliyyət hissi aşılamaqla və etik davranışın faydalarını anlatmaqla bu məsələnin daha effektiv həllinə nail ola bilərik. Görüntülərin artması problemli vəziyyətdir və xoş təsir bağışlamır, lakin çıxış yolları kifayət qədərdir və vəziyyət ümidsiz deyil.

Düşünürəm ki, hər bir mexanizmin tətbiqi üçün müəyyən psixososial müdaxilələrə, eləcə də yeni yetkinlər, gənclər və məktəblilər arasında hiss olunmayan, lakin effektiv təhsil metodlarına ehtiyac var,”-deyə sosioloq fikirlərini yekunlaşdırıb.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri