Icma.az
close
up
RU
Məktəblərdə dərs müddəti qısaldıla bilər? AÇIQLAMA

Məktəblərdə dərs müddəti qısaldıla bilər? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlk dəfə məktəbə başlayan 6-7 yaşlı uşaqların dərs prosesinə uzun müddət diqqətini yönəltməkdə çətinlik çəkməsi psixoloq və müəllimlərin də diqqət mərkəzindədir. Bəs dərs müddətinin azaldılması uşaqların psixoloji və fiziki inkişafına müsbət təsir göstərə bilərmi?

Təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, dərs müddətinin 45 dəqiqə olması uzun illər ərzində effektivliyi sübut edilmiş bir təhsil praktikasıdır:

“Dərs müddətinin 45 dəqiqə olması uzun illər əksər ölkələrdə tətbiq olunan bir normadır. O dövrlər üçün bu kifayət qədər uyğun sayılırdı, çünki smart texnologiyalar yox idi və şagirdlərin psixoloji vəziyyəti buna uyğundu. Tədqiqatlar göstərirdi ki, dərsin başlanması, prosesi və yekunlaşması üçün 40–45 dəqiqə kifayətdir. Yeni nəsil, Z və Alfa nəsli texnologiyanın gətirdiyi səbirsizlik nəticəsində 40–45 dəqiqəlik dərsdə diqqətini saxlaya bilmir”.

Ekspert qeyd edib ki, burada iki çıxış yolu var: birincisi dərs vaxtının qısaldılması, ikincisi isə dərsin daha interaktiv və əyləncəli keçirilməsidir:

“Hazırda ikinci metod, yəni dərsi interaktiv və əyləncəli keçirmək, pedagoglar tərəfindən daha çox istifadə olunur. Dərs müddətini qısaltmaq müəyyən texniki problemlər yarada bilər, məsələn, dərs yükü və tənəfislər bir-birinə bağlıdır. Ona görə mövcud vaxtdan daha effektiv istifadə etmək daha məqsədəuyğundur. Müəllimlər innovativ və interaktiv təhsil metodologiyasını öyrənməli, dərsi şagirdlər üçün maraqlı və əyləncəli etməlidirlər”.

E.Süleymanov bildirib ki, mobil telefon və digər smart alətlərin istifadəsini nəzarət altında saxlanmalıdır:

“Bu nəsil 2–3 yaşlarından etibarən mobil telefon və müxtəlif tətbiqlərlə böyüyüb, hər şeyi qısa müddətdə əldə etməyə çalışır. Son illərdə süni intellekt tətbiqləri də daxil olub və şagird tapşırığın cavabını tez əldə edə bilir. Bu isə qiymətləndirməni çətinləşdirir. Tədris zamanı qiymətləndirmə və dərs prosesini təşkil etmək, mobil telefon və digər smart alətlərin istifadəsini nəzarət altında saxlamaq vacibdir. Bu yanaşma ortaq yol tapmaqla inkişaf etdirilə bilər”.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri