Icma.az
close
up
RU
Məktəblərdə dərs yükü niyə çoxdur? AÇIQLAMA

Məktəblərdə dərs yükü niyə çoxdur? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar valideyn və şagirdlər məktəblərdə, xüsusilə də aşağı sinifdə dərs yükünün çox olmasından şikayətlənirlər. Bu, özəl məktəblərdə oxuyanlar üçün də eynidir. Şagird məktəbdə 5-6 saat çalışmasına baxmayaraq, evə gələndən sonra da dərslə məşğul olur.

Bəs bu sistem necə tənzimlənməlidir ki, uşaqlar zehni fəaliyyətlə çox yorulmasınlar?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, Azərbaycan orta ümunmtəhsil seqmentində aşağı və yuxarı yaş qruplarından asılı olmayaraq, şagirdlərin tədris proqramı, dərs yükü çox da ağır deyil:

“Bunu sırf Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş sırf vahid tədris proqramına əsasən deyə bilərik. Dünyanın bir çox aparıcı təhsil ölkələrini müqayisə edəndə fərqinə varırıq ki, oradakı şagirdlərin dərs yükü, tədris proqramının ağırlığı bizdən daha çoxdur. Amma bu ayrı söhbətin mövzusu və tamam fərqli kriteriyaları özündə əks etdirən müqayisədir. Yerli ümumtəhsil müəssisələrində qeyd olunan məsələni problemə çevirən səbəblər tam fərqlidir. Qısa desək,şagirdlərin dərs yükünü ağırlaşdıran detallar tamam başqadır. Birincisi, yerli ümumtəhsil müəssisələrinin bir çoxunda şagirdlər müəllimlər tərəfindən əlavə vəsaitlərlə yüklənir. Təhsilverənlər bunu mövzunun daha əhatəli çatdırılması ilə əlaqələndirsə də, əslində, şagird zehni üçün nə dərəcədə çətinlik yaradacağının fərqində deyillər. İzafi informasiya mənbələri ilə yüklənən şagird və valideyn bunu ümumi şəkildə ağır tədris proqramı kimi dəyərləndirir”.


Ekspert bildirib ki, ikinci əsas səbəb isə ibtidai siniflərdən tutmuş, 11-ci sinifə qədər şagirdlərin repetitorluq xidmətindən istifadələridir:

“Əksəriyyəti də bunu "məktəblərdə dərs keçilmir", "məcburən bura gedirik" kimi arqumentlərlə əsaslandırır. Məktəblərdə əgər dərslər zəif tədris olunursa, bunun yeganə səbəbi repetitorluq xidmətidirmi? Abituriyentləri müəyyən qədər anlaya bilirik, bəs ibtida sinifləri repetitorluğa təhrik edən nədir? Bu, tamam ciddi və fərqli problemdir. Amma bir mənfi tərəfi də şagird zehniyyətini ikiqat yormasıdır. Şagird özünü bu zaman iki paralel təhsil sistemində hiss edir. O, həm məktəbin, həm də fərdi müəllimin tapşırıqlarına əməl etməlidir ki, bu da öz növbəsində yüklənmiş dərs öhdəliyinə səbəb olur”.

Elmin Nuri əlavə edib ki, üçüncü səbəb isə tədris proqramlarımızda tətil sayının çoxluğudur:

“Şagirdlərimiz tətili nə qədər çox sevsələr də, bunun onların bir o qədər də zərərlərinə olduqlarını düşünməlidirlər. Çünki qeyri-dərs günlərinin say çoxluğu dərs günlərindəki tədris ağırlığını daha da artırır. Tədris ilinin təkcə 15 sentyabr deyil, 1 sentyabrdan başlaması, əmin olun ki, tədris yükünü müəyyən qədər azalda bilər”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Yanvar 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri